XİN rəhbəri: “Azərbaycan sülhün tərəfdarıdır”

2021/09/42480-1631799501.jpg
Oxunub: 644     12:09     11 Noyabr 2021    
“Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən geniş miqyaslı təşəbbüslərdə iştirakı, habelə hazırda aparılan quruculuq işlərində birgə layihələrin həyata keçirilməsi, eyni zamanda geniş regional əməkdaşlığı təşviq edir”.

Xarici İşlər Nazirliyindən (XİN) Ordu.az-a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı ölkələrimiz üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər.

“Sözlərimə son verərək qeyd etmək istərdim ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Sabah qardaş Türkiyə Respublikası Türk Dövlətləri Təşkilatının növbəti müddət üçün sədrliyini öz üzərinə götürücək. Bu şərəfli və məsul işin yerinə yetirilməsində Türkiyəyə uğurlar arzu edir və əminliyimizi ifadə edirik ki, qardaş ölkə bu vəzifənin öhdəsindən layiqincə gələcəkdir”, - XİN rəhbəri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sülh  


Bizi "telegram"da izləyin