“Türkiyənin verdiyi siyasi və mənəvi dəstək şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb” - Ceyhun Bayramov

2021/11/43534-1636618718.jpg
Oxunub: 603     12:06     11 Noyabr 2021    
“Bildiyiniz kimi, ötən əsrin 80-ci illərin sonunda Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, təxribatları, terror əməlləri ilə başlamış münaqişə Azərbaycana qarşı hərbi təcavüz ilə nəticələnmişdir. 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizi işğal altına düşmüş, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmış, taleyi bu günə qədər bəlli olmayan 4000-ə yaxın soydaşımız itkin düşmüşdür”.

Xarici İşlər Nazirliyindən (XİN) Ordu.az-a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, təmas xəttində olan kəndləri və digər mülki infrastruktur obyektlərini atəşə tutmaqla növbəti geniş miqyaslı hərbi təxribata əl atmışdır: “Ermənistanın hərbi təcavüzünü dəf etmək, mülki şəxslərin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlamışdır.

44 gün davam edən əməliyyat nəticəsində Ermənistan məğlub olaraq kapitulyasiya aktını imzalamışdır, bununla da münaqişə sona yetmişdir. Beləliklə Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını özü təmin etmişdir.

Təqribən son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal altında olmuş ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilmiş, bütün mədəni və dini abidələr viran qoyulmuş, 9 şəhər və yüzlərlə kənd yer üzündən silinmişdir”.

C. Bayramov qeyd edib ki, müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək verib: “44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynamışdır. Bu müddət ərzində qardaşım Mevlüt Çavuşoğlu 5 dəfə Azərbaycana səfər etmişdir. Fürsətdən istifadə edərək, xarici işlər naziri Mevlüt bəyin simasında qardaş Türkiyəyə təşəkkür ifadə etmək istərdim. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar vermişdir. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Trükiyə   Qələbə   Azərbaycan  

“Türkiyənin verdiyi siyasi və mənəvi dəstək şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb” - Ceyhun Bayramov

2021/11/43534-1636618718.jpg
Oxunub: 604     12:06     11 Noyabr 2021    

Bizi "telegram"da izləyin