Bu fərqin səbəbi ilə bağlı yalnız fərziyyələr irəli sürmək mümkündür.
Çağırışın Lavrovdan edilməsi faktı Rusiya XİN-in mesajlarından aydın görünür, çünki əks halda çağırışın qarşı tərəfin təşəbbüsü olduğunu bildirirlər. Lavrov cəmi 4-5 gün əvvəl danışdığı Ararat Mirzoyana niyə zəng edib? Yoxsa telefon danışığı bir neçə gün əvvəl baş verən danışıqlarla bağlı planlaşdırılıb?
Lavrov-Mirozyan, bir gün sonra isə Lavrov-Ceyhun Bayramov telefon danışığı ilə bağlı qeyd etmək yerinə düşər ki, nazirlər üçtərəfli görüş barədə müzakirələr aparır. Bir neçə gün əvvəl Kremlin mətbuat katibi Peskov Moskvanın görüşün təşkili üçün çalışdığını, lakin görüşün razılaşdırılmış tarixi olmadığını açıqlamışdı. Peskov görüşün videokonfrans formatında olacağını bildirib. Əks halda, Kreml çətin ki, işləyir deməzdi, çünki uğur qazanmasa, bu, Rusiyanın uğursuzluğa düçar olması demək olardı.
Rusiya XİN-in saytında yerləşdirilən mesajların xronologiyasına görə Lavrovun əvvəlcə İrəvan, sonra isə Bakı ilə danışması diqqət çəkir. Bu kontekstdə daha bir vacib hal diqqət çəkir: Ermənistan Müdafiə nazirinin Qarabağa təxribatçı gəlişi. Təbii ki, səfər haqqında məılumat daha sonra yayılıb. Məlumata görə, Arşak Karapetyan noyabrın 6-da, iki günlük Xankəndiyə gəlib.
Qeyd edək ki, bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin yüksək rütbəli nümayəndəsinin aylar və ya bir ilə yaxın fasilədən sonra Xankəndiyə ilk gəlişi idi. Sonuncu dəfə, on ay əvvəl, 2020-ci il yanvarın əvvəlində Ermənistanın yeni təyin olunmuş Xarici İşlər naziri Ara Ayvazyanın gəlişi olub. Bundan sonra aylar ərzində Ermənistan rəhbərliyinin hərbi-siyasi blokunun rəsmiləri Xankəndiyə gəliblər.
Asif Cəfərov
Ordu.az