Türkiyə Nigeriyaya patrul katerləri ixrac edəcək

2021/11/opv-7-1636022593.jpg
Oxunub: 797     15:14     04 Noyabr 2021    
Türkiyənin “Dearsan” gəmiqayırma zavodu Nigeriya Hərbi Dəniz Qüvvələri ilə OPV 76 tipli patrul katerlərinin ixracı üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Gəmiqayırma zavodu Nigeriya Hərbi Dəniz Qüvvələri ilə imzalanmış müqavilə çərçivəsində 2 ədəd 76 metrlik OPV 76 kateri inşa edəcək. Tələbə uyğun olaraq konfiqurasiya edilən OPV-lərin dizayn və inşa işləri bütünlüklə “Dearsan” daxilində həyata keçiriləcək və gəmilər yerli sistemlərlə təchiz olunacaq.

Kəşfiyyat, müşahidə, suüstü müharibə, təcrid əməliyyatları, xüsusi qüvvələrin əməliyyatları, axtarış-xilasetmə əməliyyatları, piratçılıq, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün nəzərdə tutulan katerlərin uzunluğu 76.8 metr, eni 11 metr, subasımı 1200 tondur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Nigeriya  


Bizi "telegram"da izləyin