“2021-ci il Ermənistanda yüksək inflyasiya ilə başa çatacaq”

2020/08/15846-1598078990.jpg
Oxunub: 684     21:07     27 Oktyabr 2021    
“2021-ci il Ermənistanda yüksək inflyasiya ilə başa çatacaq, lakin Mərkəzi Bank gələn il inflyasiyanı idarə oluna bilən diapazona keçirmək üçün hər şey edəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ölkə parlamentində jurnalistlərlə brifinqdə bildirib.

Onun sözlərinə görə, inflyasiyanı cilovlamaq funksiyası Ermənistanda Mərkəzi Banka məxsusdur.

“Bu istiqamətdə Mərkəzi Bank öz siyasəti və alətləri ilə icazə verilən hər şeyi həyata keçirir”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin