ABŞ xüsusi təyinatlı qüvvələrini dəstəkləmək üçün yeni hücum təyyarələri hazırlanıb

2021/10/mc-14-1635323570.jpg
Oxunub: 832     19:31     28 Oktyabr 2021    
ABŞ-ın “Lockheed Martin” şirkətinin Polşadakı törəməsi olan “PZL Mielec” şirkəti ABŞ xüsusi təyinatlı qüvvələrini dəstəkləmək üçün hazırlanmış yeni pilotlu yüngül hücum təyyarəsini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yeni MC-145B Xüsusi Təyinatlı Çoxfunksiyalı Təyyarə (SOMA) çoxməqsədli zərbə imkanlarına malikdir. “PZL Mielec” proqram üçün “Sierra Nevada Corporation” (SNC) şirkəti ilə əməkdaşlıq edir.

Şirkətin xəbərinə görə, MC-145B ABŞ və müttəfiqləri tərəfindən xüsusi təyinatlı qüvvələrin əməliyyatlarının ehtiyaclarını ödəmək üçün xüsusi olaraq əlavə edilmiş bir çox yeni imkanlara malik çoxyönlü təyyarənin ən son variantıdır.

Şirkətin qeyd etdiyi kimi, yeni təyyarə hazırda İordaniya səhraları, Estoniyanın həddindən artıq soyuqluğu və Keniyanın subtropik meşələri də daxil olmaqla dünyanın ən çətin mühitlərində fəaliyyət göstərən M28 qısa qalxma və enmə qabiliyyətinə malik iki mühərrikli turbovintinin əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş və dəyişdirilmiş versiyasıdır.

Təyyarənin qanadı, güclü mühərrikləri və möhkəm, sabit üç təkərli mexanizmləri “Armed Overwatch” missiyasında qarşıya çıxan sərt mühitlərdə təhlükəsiz və etibarlı əməliyyatlar üçün idealdır.

MC-145B-ə ən müasir sensor və silah sistemi texnologiyalarını inteqrasiya etmək üçün xüsusi bölmələr quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Lockheed  

ABŞ xüsusi təyinatlı qüvvələrini dəstəkləmək üçün yeni hücum təyyarələri hazırlanıb

2021/10/mc-14-1635323570.jpg
Oxunub: 833     19:31     28 Oktyabr 2021    

Bizi "telegram"da izləyin