Konsepsiyanın əhəmiyyətli xüsusiyyəti ABŞ Ordusunun vasitələrinin zirehli olmayacağıdır. Eyni zamanda “ümumi yolsuzluq” şəraitində, kifayət qədər dərin qarda və buzlu səthdə asanlıqla tətbiq oluna biləcəyi güman edilir.
Amerika hərbi idarəsi “General Dynamics”dən “Stryker “zirehli personal daşıyıcılarının “ekstremal şəraitdə əməliyyat xüsusiyyətlərinə həmişə uyğun gəlmədiyini” qeyd edir. Amerika mətbuatı ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Alyaska ştatında keçirilən bir sıra təlim əməliyyatlarında 18 tonluq zirehli texnika “layiqli nəticəsi göstərə bilməyib”. Mühərrikin işə salınması ilə bağlı problemlərin olduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az