Naxçıvanda hərbi qulluqçuların növbəti hazırlıq kursuna yekun vurulub - FOTO+VİDEO

2021/10/97d2c-3270005626.jpg
Oxunub: 985     17:54     23 Oktyabr 2021    
Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib. Müxtəlif hərbi ixtisaslar üzrə peşəkar zabitlər tərəfindən yetişdirilən kursantlar öz xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib.

Çıxış edənlər kurslar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Çıxışların ardından Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Təbrik oxunduqdan sonra məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan  


Naxçıvanda hərbi qulluqçuların növbəti hazırlıq kursuna yekun vurulub - FOTO+VİDEO

2021/10/97d2c-3270005626.jpg
Oxunub: 986     17:54     23 Oktyabr 2021    
Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib. Müxtəlif hərbi ixtisaslar üzrə peşəkar zabitlər tərəfindən yetişdirilən kursantlar öz xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib.

Çıxış edənlər kurslar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Çıxışların ardından Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Təbrik oxunduqdan sonra məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan  


Bizi "telegram"da izləyin