Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

2021/10/8b592-1634992090.jpg
Oxunub: 659     15:46     23 Oktyabr 2021    
Quba rayonunda Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsi yad edilib.

Ordu.az xəbər verir ki, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Alekseyevka kəndində keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə Ü.Məmmədovun döyüş yolundan danışılıb, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən bəhs olunub.

Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Ülvü Vüqar oğlu Məmmədov 1997-ci il iyulun 27-də Quba rayonunun Alekseyevka kəndində anadan olub. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Ü.Məmmədov 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub, Alekseyevka kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Quba   Şəhid  

Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

2021/10/8b592-1634992090.jpg
Oxunub: 660     15:46     23 Oktyabr 2021    

Bizi "telegram"da izləyin