Putindən yeni bölgü?| Ermənistanda ciddi təşviş keçirirlər

2021/10/kapak-1634185422.jpg
Oxunub: 2227     16:40     23 Oktyabr 2021    
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “3+3” formatı (Ermənistan, Azərbaycan, Gürcüstan-Rusiya, Türkiyə, İran) ilə bağlı açıqlama verib.

O bildirib ki, Rusiya Cənubi Qafqazda “3+3” mümkün qədər tez işə salınacağını gözləyir, lakin ABŞ-ın rəhbərlik etdiyi bəzi Qərb dövlətləri prosesi pozmağa çalışırlar.

“Bəzi Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın bəzi prosesləri pozmağa çalışdığını görürük”, - deyə Zaxarova vurğulayıb.

Zaxarova qeyd edib ki, Amerika tərəfi prosesə mane olmaq cəhdlərində dezinformasiya ilə məşğul olur, gərginlik yaratmaq təşəbbüsünü Moskvaya aid edir. Onun sözlərinə görə, bu format Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təklif edilib.

Yəni Moskva Türkiyə və Azərbaycan prezidentlərinin təşəbbüsünü dəstəklədiyini açıq şəkildə bildirir, üstəlik, buna Qərbin, daha dəqiqi, ABŞ-ın mane olduğunu göstərir.

Əslində Moskva Türkiyə-Azərbaycan tandeminin təşəbbüslərinə dəstəyini gizlətmir.

“Biz güman edirik ki, çoxtərəfli regional əməkdaşlığın inkişafı birbaşa olaraq bu tədbirin bütün iştirakçılarının maraqlarına cavab verir. Və fikrimizcə, bu mexanizmin işə salınması dövlətlərarası münasibətlərdə etimadın artmasına, mövcud mübahisələrin həllinə, regionun iqtisadi, nəqliyyat və humanitar potensialının aşkarlanmasına kömək edəcək”, - deyə Zaxarova bildirib. O həmçinin qeyd edib ki, Rusiya münasibətləri normallaşdırmaq üçün Bakı və İrəvana lazımi köməkliyi göstərməyə davam edəcək.

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsində Rusiyanın hakim, “baş rejissor” olduğunu, Ermənistan-Azərbaycan sərhəd məsələsinin həllinin kompromislər tələb etdiyini bildirib.

Üstəlik, Putin bu mərhələdə regionumuzda fəal olan tərəflərə ironik şəkildə xatırladıb ki, xəritələr Rusiya Baş Qərargahındadır...

“İndi ən vacib məsələ sərhəddəki vəziyyətin yekun tənzimlənməsidir. Və burada təbii ki, Rusiyanın iştirakı olmadan heç nə etmək olmaz. Amma burada iki tərəfdən başqa heç kimə ehtiyacımız yoxdur. Niyə? Sadə praqmatik şeylər var - xəritələr, Rusiya ordusunun qərargahındadır. Sovet dövründə respublikalar arasında sərhədi göstərən xəritələr. Bu sənədlərə əsasən, sakit oturmaq lazımdır... hər iki tərəf... Elə şeylər də var ki, kompromislər də tələb olunur... filan yerdə nəyisə hamarlamaq, hardasa nəyisə dəyişmək. Ona görə də hər iki tərəfin bunu tanıması və anlaması lazımdır. Bunu etmək mümkündür, ya yox? Bu mümkündür: amma təbii ki, biz həm də çoxölçülü format tapmağın, o cümlədən, deyək ki, Minsk qrupunun işinin intensivləşdirilməsinin tərəfdarıyıq. Biz bu istiqamətdə işləyirik, o cümlədən tərəfdaşlarımızla. Əsas odur ki, əsas məqsədə - təhlükəsizliyin yaradılması, münasibətlərin daha da müsbət istiqamətdə qurulmasına nail olaq. İndiyədək qarşımıza qoyduğumuz işlərə nail olmuşuq. Biz də gələcəyə baxmalıyıq. Məsələ bunda deyil ki, bəyanatımızın müvafiq məqaləsində Rusiya sülhməramlı kontingentinin müddətinin mümkün uzadılması nəzərdə tutulur. Məsələ budurmu? Məsələ iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasıdır. Bu ən vacibdir! Ümid edirəm ki, biz buna nail olacağıq”, - deyə Putin bildirib.

Beləliklə, Putin digər platformalarda ATƏT-in Minsk Qrupunun fəaliyyətindən danışsa da, açıq şəkildə bildirir ki, əgər Rusiya bunu etməsə, digər tərəflərin Ermənistan-Azərbaycan məsələlərini müzakirə etməsinə ehtiyac yoxdur. Beləliklə, üçtərəfli formatda “kompromislərin” xüsusi olaraq Ermənistandan gözlənilməsi gün kimi aydındır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Putindən yeni bölgü?| Ermənistanda ciddi təşviş keçirirlər

2021/10/kapak-1634185422.jpg
Oxunub: 2228     16:40     23 Oktyabr 2021    

Bizi "telegram"da izləyin