Hindistan ABŞ-dan P-8 casus təyyarəsi üçün sualtı gəmi əleyhinə torpedolar alır

2021/10/ezgif-1634972849.jpg
Oxunub: 915     16:05     23 Oktyabr 2021    
Hindistan Hərbi Dəniz Qüvvələri P-8 uzun mənzilli dəniz kəşfiyyat təyyarələrinə MK-54 torpedoları almaq üçün ABŞ-la müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bu torpedolar P-8I təyyarələri üçün nəzərdə tutulub və uzun mənzilli dəniz müşahidəsi, sualtı qayıqlara qarşı müharibə üçün istifadə olunur.

2020-ci ilin aprel ayında ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Hindistan hökumətinə 16 ədəd MK 54 yüngül torpedonun və üç ədəd MK 54 sınaq torpedosunun mümkün satışına yaşıl işıq yandırıb.

Hindistan donanması, həmçinin yaxın vaxtlarda təxminən 92 milyon dollar dəyərində 10 ədəd AGM-84L “Harpoon Block II” havadan buraxılan raketlərin və müvafiq avadanlıqların alınmasına dair müqavilə imzalayacaq.

MK 54 yüngül torpedoları ABŞ-ın yerüstü gəmiləri, sabit qanadlı təyyarələri və helikopterləri tərəfindən sualtı əleyhinə əsas silah olaraq istifadə olunur.

P-8 patrul təyyarəsi Hindistan Hərbi Dəniz Qüvvələrinin donanmasının ayrılmaz hissəsidir və rəqib donanmaların sualtı qayıqlarının hərəkətini izləmək üçün Hind okeanında yerləşdirilib. Bu həftənin əvvəlində “Boeing” Hindistan Hərbi Dəniz Qüvvələrinə 11-ci P-8 uzaqmənzilli dəniz kəşfiyyat təyyarəsini təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Hindistan ABŞ-dan P-8 casus təyyarəsi üçün sualtı gəmi əleyhinə torpedolar alır

2021/10/ezgif-1634972849.jpg
Oxunub: 916     16:05     23 Oktyabr 2021    
Hindistan Hərbi Dəniz Qüvvələri P-8 uzun mənzilli dəniz kəşfiyyat təyyarələrinə MK-54 torpedoları almaq üçün ABŞ-la müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bu torpedolar P-8I təyyarələri üçün nəzərdə tutulub və uzun mənzilli dəniz müşahidəsi, sualtı qayıqlara qarşı müharibə üçün istifadə olunur.

2020-ci ilin aprel ayında ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Hindistan hökumətinə 16 ədəd MK 54 yüngül torpedonun və üç ədəd MK 54 sınaq torpedosunun mümkün satışına yaşıl işıq yandırıb.

Hindistan donanması, həmçinin yaxın vaxtlarda təxminən 92 milyon dollar dəyərində 10 ədəd AGM-84L “Harpoon Block II” havadan buraxılan raketlərin və müvafiq avadanlıqların alınmasına dair müqavilə imzalayacaq.

MK 54 yüngül torpedoları ABŞ-ın yerüstü gəmiləri, sabit qanadlı təyyarələri və helikopterləri tərəfindən sualtı əleyhinə əsas silah olaraq istifadə olunur.

P-8 patrul təyyarəsi Hindistan Hərbi Dəniz Qüvvələrinin donanmasının ayrılmaz hissəsidir və rəqib donanmaların sualtı qayıqlarının hərəkətini izləmək üçün Hind okeanında yerləşdirilib. Bu həftənin əvvəlində “Boeing” Hindistan Hərbi Dəniz Qüvvələrinə 11-ci P-8 uzaqmənzilli dəniz kəşfiyyat təyyarəsini təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin