Türkiyə və Cənubi Koreya arasında “Altay”ın mühərriki ilə bağlı müqavilə imzalanıb

2021/03/YCNCN-1615270608.jpg
Oxunub: 1901     11:21     23 Oktyabr 2021    
“Altay” tankının mühərriki ilə bağlı Cənubi Koreya ilə Türkiyə arasında niyyət bəyannaməsi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Cənubi Koreya niyyət bəyannaməsinin müqaviləyə çevrilməsi çərçivəsində “Altay” əsas döyüş tankı üçün mühərriklər tədarük edəcək.

“Altay”ın mühərriki və transmissiyası üçün Cənubi Koreyanın “Doosan Infracore Co.” və “S&T Dynamics Co.” şirkət rəsmiləri daha əvvəl BMC ilə danışıqlar apardıqlarını təsdiqləyiblər.

Koreya mətbuatına verdiyi məlumata görə, Cənubi Koreya şirkətləri BMC üçün tankın mühərrik və transmissiyasını istehsal edəcək. İstehsalın bir neçə il çəkəcəyi gözlənilir.

“Altay” layihəsi çərçivəsində yerli dizayn, inkişaf, prototip istehsalı, atəşə nəzarət və komanda idarəetmə rabitə məlumat sistemlərinin texnologiya transferi ilə zireh sistemlərinin ölkə daxilində inkişaf etdirilməsi hədəflənir.

Müqaviləsi 2008-ci ildə imzalanan layihənin ilk addımında 2 prototip istehsal edilib və sınaqlar uğurla başa çatıb. Müdafiə Sənayesi Komitəsi ilə BMC arasında 9 noyabr 2018-ci il tarixində imzalanmış müqaviləyə əsasən, qarşıdakı dövrdə 250 ədəd “Altay” tankının kütləvi istehsalı BMC tərəfindən həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Altay  


Türkiyə və Cənubi Koreya arasında “Altay”ın mühərriki ilə bağlı müqavilə imzalanıb

2021/03/YCNCN-1615270608.jpg
Oxunub: 1902     11:21     23 Oktyabr 2021    
“Altay” tankının mühərriki ilə bağlı Cənubi Koreya ilə Türkiyə arasında niyyət bəyannaməsi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Cənubi Koreya niyyət bəyannaməsinin müqaviləyə çevrilməsi çərçivəsində “Altay” əsas döyüş tankı üçün mühərriklər tədarük edəcək.

“Altay”ın mühərriki və transmissiyası üçün Cənubi Koreyanın “Doosan Infracore Co.” və “S&T Dynamics Co.” şirkət rəsmiləri daha əvvəl BMC ilə danışıqlar apardıqlarını təsdiqləyiblər.

Koreya mətbuatına verdiyi məlumata görə, Cənubi Koreya şirkətləri BMC üçün tankın mühərrik və transmissiyasını istehsal edəcək. İstehsalın bir neçə il çəkəcəyi gözlənilir.

“Altay” layihəsi çərçivəsində yerli dizayn, inkişaf, prototip istehsalı, atəşə nəzarət və komanda idarəetmə rabitə məlumat sistemlərinin texnologiya transferi ilə zireh sistemlərinin ölkə daxilində inkişaf etdirilməsi hədəflənir.

Müqaviləsi 2008-ci ildə imzalanan layihənin ilk addımında 2 prototip istehsal edilib və sınaqlar uğurla başa çatıb. Müdafiə Sənayesi Komitəsi ilə BMC arasında 9 noyabr 2018-ci il tarixində imzalanmış müqaviləyə əsasən, qarşıdakı dövrdə 250 ədəd “Altay” tankının kütləvi istehsalı BMC tərəfindən həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Altay  


Bizi "telegram"da izləyin