FT: Britaniya Rusiya və Çinə qarşı gizli xüsusi əməliyyata başlayıb

2021/10/2021--1634972401.jpg
Oxunub: 1568     14:59     23 Oktyabr 2021    
Böyük Britaniya Müdafiə Nazirliyinin gizli şöbəsi Rusiya və Çinlə qarşıdurma əməliyyatına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadən yazır.

Nəşrə görə, bu şöbə altı il əvvəl yaradılıb. Keçmiş bankirlər və maliyyəçilərdən ibarət idi. Şöbənin məqsədi Suriya və İraqda kommersiya sahəsində terror fəaliyyətinin qarşısını almaq olub. Ekspertlər əsasən əmtəə bazarı və beynəlxalq kapital axınına diqqət yetirirlər. İşçi qrupu əməkdaşları xüsusi təyinatlılar, xüsusi xidmət orqanları ilə, həmçinin informasiya müharibəsi şöbəsi ilə işləyiblər. Onların vəzifəsi düşmənin maliyyə imkanlarını məhdudlaşdırmaqla onu zəiflətmək idi.

“Rusiya və Çin kimi düşmənlər sülh və müharibə arasındakı boz zonadan istifadə etdikcə, milli infrastruktura qarşı kibersilahlardan istifadə etdikcə və kommersiya investisiyalarını xaricdə həssas sahələrə yatırdıqca şöbədə mütəxəssislərə tələbat artır”, - deyə nəşr qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Çin  


FT: Britaniya Rusiya və Çinə qarşı gizli xüsusi əməliyyata başlayıb

2021/10/2021--1634972401.jpg
Oxunub: 1569     14:59     23 Oktyabr 2021    
Böyük Britaniya Müdafiə Nazirliyinin gizli şöbəsi Rusiya və Çinlə qarşıdurma əməliyyatına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadən yazır.

Nəşrə görə, bu şöbə altı il əvvəl yaradılıb. Keçmiş bankirlər və maliyyəçilərdən ibarət idi. Şöbənin məqsədi Suriya və İraqda kommersiya sahəsində terror fəaliyyətinin qarşısını almaq olub. Ekspertlər əsasən əmtəə bazarı və beynəlxalq kapital axınına diqqət yetirirlər. İşçi qrupu əməkdaşları xüsusi təyinatlılar, xüsusi xidmət orqanları ilə, həmçinin informasiya müharibəsi şöbəsi ilə işləyiblər. Onların vəzifəsi düşmənin maliyyə imkanlarını məhdudlaşdırmaqla onu zəiflətmək idi.

“Rusiya və Çin kimi düşmənlər sülh və müharibə arasındakı boz zonadan istifadə etdikcə, milli infrastruktura qarşı kibersilahlardan istifadə etdikcə və kommersiya investisiyalarını xaricdə həssas sahələrə yatırdıqca şöbədə mütəxəssislərə tələbat artır”, - deyə nəşr qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Çin  


Bizi "telegram"da izləyin