Bakının humanitar addımları və Ermənistan TŞ katibinin açıqlaması: Görüş xatirinə görüş qarşıdurma riskini artırır

2021/02/dfghj-1612765923.jpg
Oxunub: 1592     20:31     22 Oktyabr 2021    
Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin üçtərəfli işçi qrupunun iclası baş tutub. Ermənistan hökumətinin yaydığı press-relizdə bildirilir ki, bu, üçtərəfli işçi qrupunun 8-ci sessiyasının birinci hissəsi idi, bu görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri müzakirə olunb. Şahin Mustafayev, Aleksey Overçuk və Mher Qriqoryan 8-ci sessiyanın ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsinə razılıq veriblər.

Növbəti üçtərəfli görüşlər keçirilərkən Azərbaycan Prezidenti bu görüşə istinad edərək Azərbaycanın mövqeyinin orada təqdim ediləcəyini vurğulayıb: “Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq”. Prezident qeyd edib ki, Zəngilan tezliklə ölkənin nəqliyyat və logistika mərkəzinə çevriləcək.

Baş nazirin müavini Mher Qriqoryan başda olmaqla Ermənistan hakimiyyəti dəhliz məsələsinin ümumiyyətlə müzakirə olunmadığını israr edərkən Prezident İlham Əliyev Zəngəzur dəhlizindən danışıb.

Qriqoryan onu da bildirib ki, işçi qrupunun dəmir yolu ilə bağlı müəyyən fikirləri var, hətta blokdan çıxarma tədbirlərinin MDB-nin hüquqi bazası çərçivəsində həyata keçiriləcəyi barədə ilkin razılaşmalar var. Ermənistanın Baş nazirinin müavini son iclas ərəfəsində, üçtərəfli işçi qrupu çərçivəsində, sovet illərində işləyən bütün dəmir yollarının bərpasını müzakirə etdiklərini söyləyib.

Öz növbəsində növbəti üçtərəfli görüşdən əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında Bakının İrəvandan aktiv addımlar gözlədiyini bildirib: “Bakı ümid edir ki, Ermənistan hökumətindən gələn son müsbət mesajlar yalnız sözlə deyil, praktik olaraq da müsbət nəticələr verəcək”.

Mətbuat hökumətdəki mənbəyə istinadən yazıb ki, rəsmi Bakı son vaxtlar İrəvanın dost mövqeyini müsbət qiymətləndirib. Və əsirlikdə olan beş erməni vətəndaşın geri qayıtması, Ermənistandan gələn müsbət siqnallara cavab olaraq Azərbaycanın xeyirxahlığının təzahürüdür. Hansı müsbət siqnallardan bəhs edildiyi, onun üçtərəfli işçi qrupunun iclasının nəticələrinə təsir edib-etməyəcəyi məlum deyil.

Yeri gəlmişkən, erməni mənbələrinə görə, tərəflər hələlik əsas məsələlərdə razılığa gəlməyiblər. Hazırda müzakirələr əsasən nəqliyyat əlaqələrinin blokadadan çıxarılması halında yaranan hüquqi məsələlər üzərində aparılır. Daha əvvəl Ermənistan baş nazirinin müavini Mher Qriqoryan demişdi ki, işçi qrupunun dəmir yolu ilə bağlı bəzi fikirləri var, hətta blokdan çıxarma tədbirlərinin MDB-nin hüquqi çərçivəsi çərçivəsində həyata keçiriləcəyi barədə ilkin razılaşmalar var.

Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsi ilə bağlı vacib açıqlama verib: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.

Dövlət başçısı qeyd edib ki, Sovet dövründə Zəngilanda hava limanı yox idi, amma indi beynəlxalq hava limanı tikiləcək və Zəngilan ölkənin nəqliyyat-logistika mərkəzinə çevriləcək.

Lakin dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Moskvada keçirdikləri görüşün səmərəli olduğunu bildirsə də, dəhliz məsələsinin müzakirə edilmədiyini qeyd etdi: “Dəhlizi müzakirə etmirik və etməyəcəyik. Blokadadan çıxarma bir yolun açılması demək deyil, Azərbaycan üçün nə qədər yollar açılsa, Ermənistan üçün də o qədər açılacaq. Demarkasiya və delimitasiya prosesi isə hələ başlamayıb. Ermənistandakı bəzi siyasi dairələr azərbaycanlıların Qaragöl ərazisində strukturlar yaratmağa başladıqları və ya ərazidən irəli keçdikləri barədə yanlış məlumat yayırlar”.

Göründüyü kimi, Ermənistan Azərbaycan tərəfindən atılan humanitar addımlar qarşısında sözügedən “müsbət addımları” atmır. Görüntü xatirinə görüş keçirilməsinin nəticələri isə rəsmi İrəvana 44 günlük müharibə ilə yaxşı tanışdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat  

Bakının humanitar addımları və Ermənistan TŞ katibinin açıqlaması: Görüş xatirinə görüş qarşıdurma riskini artırır

2021/02/dfghj-1612765923.jpg
Oxunub: 1593     20:31     22 Oktyabr 2021    

Bizi "telegram"da izləyin