Azərbaycanın haqlı tələbi təmin olundu: Bəs İranla dəhliz məsələsi müzakirə edilibmi?

2021/10/45645-1634899090.jpg
Oxunub: 1048     14:45     22 Oktyabr 2021    
Azərbaycan noyabrın 10-dan sonra Azərbaycan ərazisi hesab olunan və Bakının nəzarəti altında olan Gorus-Qafan yolunda həbs edilmiş iranlı sürücüləri sərbəst buraxıb. İranlı sürücülərin sərbəst buraxılması barədə məlumatdan əvvəl İranın bəyanatı olmuşdu.

İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti yük daşımaları həyata keçirən şirkətlərə məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, iranlı sürücülərə Ermənistan ərazisindən Azərbaycan Respublikasının Qarabağ bölgəsinə daxil olmaq qadağan edilir.

Faktiki olaraq İranın bu bəyanatından sonra Azərbaycan iranlı sürücüləri sərbəst buraxıb. Bu da belə bir qənaətə gəlməyə imkan verir ki, bəyanat sadəcə Bakının tələbi ilə verilib və Azərbaycan bu vəziyyətdə özü üçün zəruri olan bəyanatı almağı bacarıb. Əlbəttə, burada bəlkə də Tehranın şimal sərhədlərində təşkil etdiyi hərbi təlimlərdən fərqli olaraq mövcud vəziyyət əslində onun regional hərbi-siyasi çəkisinin əsl mənzərəsini göstərdi.

Həmçinin burada məhz sərhəd halı da diqqətəlayiqdir. Faktiki olaraq Tehranın bəyanatı və Bakının növbəti addımı bəlkə də müəyyən dərəcədə daha geniş məntiqdə olan bir “sövdələşmə”ni sübut edir, yəni Bakı öz nəzarəti altında olan ərazilərdə İranın sərhədlərinin toxunulmazlığını təmin edir, əvəzində İran öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.

Burada ən önəmli digər məsələ, Bakı-Tehran danışıqlarında dəhliz məsələsinin müzakirə olunub-olunmamasıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   İran   Dəhliz  

Azərbaycanın haqlı tələbi təmin olundu: Bəs İranla dəhliz məsələsi müzakirə edilibmi?

2021/10/45645-1634899090.jpg
Oxunub: 1049     14:45     22 Oktyabr 2021    

Bizi "telegram"da izləyin