“Joğovurd”: Ohanyanı Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət ediblər

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 683     12:24     23 Oktyabr 2021    
“İnqilabdan sonra keçmiş rəsmilərə və ya onların yaxınlarına qarşı açılan cinayət işləri üzrə ibtidai istintaq orqanlarında maraqlı bir vəziyyət yaranıb və sonuncular problemlə üzləşib”.

Ordu.az
xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Bildirilib ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana və Ermənistanın ictimai xidmətlərini tənzimləyən komissiyanın keçmiş sədri Robert Nazaryana qarşı açılmış cinayət işi üzrə Seyran Ohanyanı Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət ediblər və ona qarşı açılmış cinayət işinə xitam verməklə bağlı təklif olub, buna cavab olaraq Seyran Ohanyan xitam vermək yox, ona bəraət qazandırmaq lazım olduğunu deyib.

Ohanyanın vəkili Karlen Meclumyan da bu məlumatı təsdiq edib.

“Yeri gəlmişkən, bu, yeganə hadisə deyil: bir sıra digər keçmiş rəsmilərə qarşı açılmış cinayət işləri üzrə müstəntiqlər onları dəvət edirlər, xitam verməyi təklif edirlər, keçmiş rəsmilər isə buna qarşı çıxırlar, bəraət tələb edirlər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   İstintaq  


“Joğovurd”: Ohanyanı Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət ediblər

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 684     12:24     23 Oktyabr 2021    
“İnqilabdan sonra keçmiş rəsmilərə və ya onların yaxınlarına qarşı açılan cinayət işləri üzrə ibtidai istintaq orqanlarında maraqlı bir vəziyyət yaranıb və sonuncular problemlə üzləşib”.

Ordu.az
xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Bildirilib ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana və Ermənistanın ictimai xidmətlərini tənzimləyən komissiyanın keçmiş sədri Robert Nazaryana qarşı açılmış cinayət işi üzrə Seyran Ohanyanı Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət ediblər və ona qarşı açılmış cinayət işinə xitam verməklə bağlı təklif olub, buna cavab olaraq Seyran Ohanyan xitam vermək yox, ona bəraət qazandırmaq lazım olduğunu deyib.

Ohanyanın vəkili Karlen Meclumyan da bu məlumatı təsdiq edib.

“Yeri gəlmişkən, bu, yeganə hadisə deyil: bir sıra digər keçmiş rəsmilərə qarşı açılmış cinayət işləri üzrə müstəntiqlər onları dəvət edirlər, xitam verməyi təklif edirlər, keçmiş rəsmilər isə buna qarşı çıxırlar, bəraət tələb edirlər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   İstintaq  


Bizi "telegram"da izləyin