Rusiyada yaşayan erməni generalın külli miqdarda qəsbetmə işi üzrə dinamik hadisələr baş verir

2021/10/00-15-1634897064.jpg
Oxunub: 961     14:32     23 Oktyabr 2021    
Erməni iş adamı Seyran Xalatyanın Rusiyada yaşayan erməni general Haykaz Bağmanyan tərəfindən qaçırılması və külli miqdarda qəsbetmə işi üzrə dinamik hadisələr baş verir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, əvvəlcə gözlənilmədən iş birinci müstəntiq olan Tamoyandan T.Mirzoyana keçir, bir neçə gün sonra isə iş müstəntiqdən də götürülür və Ermənistan İstintaq Komitəsinin başqa bir rəsmisi tərəfindən imzalanır. Təəssürat belədir, sanki müstəntiqlər vaxtilə toxunulmaz və məşhur olan adlarla işləməkdən imtina edirlər.

“Aydındır ki, qalmaqal köhnə Ermənistanın yüksək dərəcəli rəsmilərinin adları və sxemləri ətrafında partlayacaq. Hazırda zərərçəkən Xalatyanın ifadəsinə Moskvada yaşayan erməni, “Prints” ləqəbli Aşot Xaçatryanın adı əlavə edilib. Xaçatryanın Moskvadakı obeyktlərindən biri erməni iş adamlarından pul mənimsənilməsi yeri kimi xidmət edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   General  


Rusiyada yaşayan erməni generalın külli miqdarda qəsbetmə işi üzrə dinamik hadisələr baş verir

2021/10/00-15-1634897064.jpg
Oxunub: 962     14:32     23 Oktyabr 2021    
Erməni iş adamı Seyran Xalatyanın Rusiyada yaşayan erməni general Haykaz Bağmanyan tərəfindən qaçırılması və külli miqdarda qəsbetmə işi üzrə dinamik hadisələr baş verir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, əvvəlcə gözlənilmədən iş birinci müstəntiq olan Tamoyandan T.Mirzoyana keçir, bir neçə gün sonra isə iş müstəntiqdən də götürülür və Ermənistan İstintaq Komitəsinin başqa bir rəsmisi tərəfindən imzalanır. Təəssürat belədir, sanki müstəntiqlər vaxtilə toxunulmaz və məşhur olan adlarla işləməkdən imtina edirlər.

“Aydındır ki, qalmaqal köhnə Ermənistanın yüksək dərəcəli rəsmilərinin adları və sxemləri ətrafında partlayacaq. Hazırda zərərçəkən Xalatyanın ifadəsinə Moskvada yaşayan erməni, “Prints” ləqəbli Aşot Xaçatryanın adı əlavə edilib. Xaçatryanın Moskvadakı obeyktlərindən biri erməni iş adamlarından pul mənimsənilməsi yeri kimi xidmət edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   General  


Bizi "telegram"da izləyin