ABŞ hipersəs sürətə malik silahlarla 3 sınaq keçirib

2021/10/hiper-1634098710.jpg
Oxunub: 673     19:19     22 Oktyabr 2021    
ABŞ Hərbi Dəniz və Quru Qüvvələri LRHW adlı (uzun mənzilli hipersəs silahı) hipersəs sürətə malik silah komponent prototiplərini 3 dəfə sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Pentaqon üç dəfə keçirilən sınaqların NASA-nın Virciniyadakı mərkəzində baş tutduğunu bildirib. Sınaq ABŞ prezidenti Co Baydenin Çinin hipersəs silahlarından narahat olduğunu söylədiyi gün baş verib.

ABŞ ordusu 2022-ci maliyyə ilində ümumi hipersəs raketin uçuş sınağını oktyabrın 1-də başlayacaq.

Hipersəs silahlar səsin beş qatından çox və ya saatda təxminən 6200 km sürətlə atmosferin yuxarı hissəsində hərəkət edir.

Pentaqonun açıqlamasında deyilir ki, sınaqlar real iş mühitində inkişaf etmiş hipersəs texnologiyaları, qabiliyyətləri və prototip sistemlərini nümayiş etdirib.

Amerika Birləşmiş Ştatları 2000 -ci illərin əvvəllərindən etibarən qlobal zərbə proqramının bir hissəsi olaraq hipersəs silahların inkişafını fəal şəkildə davam etdirir. “Lockheed Martin” və “Raytheon Technologies” kimi şirkətlər ABŞ üçün hipersəs silah qabiliyyətini inkişaf etdirmək üçün çalışırlar.

Pentaqon sınaqların uğurla başa çatdığını bildirsə də, məlumatlı mənbələr “Reuters” agentliyinə sınaqların hipersəs silahı daşıyan gücləndirici raketin sıradan çıxması nəticəsində uğursuz olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Hipersəs-silah  

ABŞ hipersəs sürətə malik silahlarla 3 sınaq keçirib

2021/10/hiper-1634098710.jpg
Oxunub: 674     19:19     22 Oktyabr 2021    

Bizi "telegram"da izləyin