AK Cənubi Qafqazda nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün böyük potensial görür

2020/10/AI-ba-1602943665.jpg
Oxunub: 623     17:11     21 Oktyabr 2021    
“Cənubi Qafqazda nəqliyyat infrastrukturunun gücləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının bölmə rəhbəri Lourens Meredit Avropa İttifaqının (Aİ) Gürcüstan nümayəndəliyinin Batumidə təşkil etdiyi “Qara dəniz əlaqəlilik müzakirələri”ndə deyib.

Onun sözlərinə görə, bunun üçün böyük potensial mövcuddur: “Gücləndirilmiş nəqliyyat infrastrukturu yalnız Gürcüstan üçün deyil, bütün Qafqaz - Azərbaycan, Ermənistan, o cümlədən Mərkəzi Asiya və Çinə qədər çox vacibdir. Biz iqtisadi-ticari sahədə, həmçinin yük və konteyner daşımalarının həcmində artım potensialı görürük”.

Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel də çıxışında Qafqazda nəqliyyat sahəsinə toxunub. O, son aylarda bölgədə nəlqiyyat marşrutları ilə bağlı aparılan müzakirələrin aktuallaşdığını deyib.

Diplomat bildirib ki, Aİ uzun illərdir bölgədə Şərq-Qərb dəhlizini təşviq edir: “Biz əmin olmalıyıq ki, bölgədə nəqliyyat şəbəkəsi ilə bağlı hazırladığımız strategiyamızda müəyyən etdiyimiz dinamika rəqabətli təşəbbüslərin arxasında qalmayacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Qafqaz  


AK Cənubi Qafqazda nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün böyük potensial görür

2020/10/AI-ba-1602943665.jpg
Oxunub: 624     17:11     21 Oktyabr 2021    
“Cənubi Qafqazda nəqliyyat infrastrukturunun gücləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının bölmə rəhbəri Lourens Meredit Avropa İttifaqının (Aİ) Gürcüstan nümayəndəliyinin Batumidə təşkil etdiyi “Qara dəniz əlaqəlilik müzakirələri”ndə deyib.

Onun sözlərinə görə, bunun üçün böyük potensial mövcuddur: “Gücləndirilmiş nəqliyyat infrastrukturu yalnız Gürcüstan üçün deyil, bütün Qafqaz - Azərbaycan, Ermənistan, o cümlədən Mərkəzi Asiya və Çinə qədər çox vacibdir. Biz iqtisadi-ticari sahədə, həmçinin yük və konteyner daşımalarının həcmində artım potensialı görürük”.

Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel də çıxışında Qafqazda nəqliyyat sahəsinə toxunub. O, son aylarda bölgədə nəlqiyyat marşrutları ilə bağlı aparılan müzakirələrin aktuallaşdığını deyib.

Diplomat bildirib ki, Aİ uzun illərdir bölgədə Şərq-Qərb dəhlizini təşviq edir: “Biz əmin olmalıyıq ki, bölgədə nəqliyyat şəbəkəsi ilə bağlı hazırladığımız strategiyamızda müəyyən etdiyimiz dinamika rəqabətli təşəbbüslərin arxasında qalmayacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin