KTMT-nin siyasi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının növbəti iclası İrəvanda keçiriləcək

2021/10/00-76-1634809980.jpg
Oxunub: 540     14:51     21 Oktyabr 2021    
Ermənistan parlamentinin sədrinin müavini Hakop Arşakyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) siyasi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının iclasında iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Qeyd olunub ki, regionda hökm sürən vəziyyət, kollektiv təhlükəsizlik təhdidləri və onlara müqavimət göstərmək ilə əlaqədar məsələlər müzakirə edilib.

Bildirilib ki, Ermənistan parlamentinin sədrinin müavini Hakop Arşakyanın dəvəti ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının siyasi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının növbəti iclasının 2022-ci ilin yazında Ermənistanda keçirilməsinə qərar verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


KTMT-nin siyasi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının növbəti iclası İrəvanda keçiriləcək

2021/10/00-76-1634809980.jpg
Oxunub: 541     14:51     21 Oktyabr 2021    
Ermənistan parlamentinin sədrinin müavini Hakop Arşakyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) siyasi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının iclasında iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Qeyd olunub ki, regionda hökm sürən vəziyyət, kollektiv təhlükəsizlik təhdidləri və onlara müqavimət göstərmək ilə əlaqədar məsələlər müzakirə edilib.

Bildirilib ki, Ermənistan parlamentinin sədrinin müavini Hakop Arşakyanın dəvəti ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının siyasi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının növbəti iclasının 2022-ci ilin yazında Ermənistanda keçirilməsinə qərar verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin