Ermənistanda hərbi xərclərin nəşr edilməsi etirazla qarşılanıb

2021/10/12312-1634809334.jpg
Oxunub: 742     12:55     23 Oktyabr 2021    
Ermənistan Dövlət Gəlirlər Komitəsi 2021-ci ilin ilk 9 ayında 1000 iri vergi ödəyicisinin ödədiyi vergi və rüsumların göstəricilərini dərc edib.

Ordu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi 34,19 milyard dram vergi ödəməsi ilə 3-cü yerdə qərarlaşıb.

2020-ci illə müqayisədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən ödənilən vergilər 9,58 milyard və ya 38,94% artıb. Müqayisə üçün, 2020-ci ilin yanvar-sentyabr aylarında Müdafiə Nazirliyi dördüncü yerdə idi.

Ermənistanda hökumətin Müdafiə Nazirliyinin xərclərini dərc etməsini yolverilməz hesab edirlər.

“Bənzər uzaqgörən addımın məqsədi nədir? Kimin göstərişidir? Niyə hərbi xərclərin miqdarı dərc olunur?”, - deyə erməni ictimai xadim Hayk Davtyan etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-Xərclər  


Ermənistanda hərbi xərclərin nəşr edilməsi etirazla qarşılanıb

2021/10/12312-1634809334.jpg
Oxunub: 743     12:55     23 Oktyabr 2021    
Ermənistan Dövlət Gəlirlər Komitəsi 2021-ci ilin ilk 9 ayında 1000 iri vergi ödəyicisinin ödədiyi vergi və rüsumların göstəricilərini dərc edib.

Ordu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi 34,19 milyard dram vergi ödəməsi ilə 3-cü yerdə qərarlaşıb.

2020-ci illə müqayisədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən ödənilən vergilər 9,58 milyard və ya 38,94% artıb. Müqayisə üçün, 2020-ci ilin yanvar-sentyabr aylarında Müdafiə Nazirliyi dördüncü yerdə idi.

Ermənistanda hökumətin Müdafiə Nazirliyinin xərclərini dərc etməsini yolverilməz hesab edirlər.

“Bənzər uzaqgörən addımın məqsədi nədir? Kimin göstərişidir? Niyə hərbi xərclərin miqdarı dərc olunur?”, - deyə erməni ictimai xadim Hayk Davtyan etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-Xərclər  


Bizi "telegram"da izləyin