Türkiyə ilə Nigeriya arasında müdafiə sənayesi əməkdaşlıq sazişi imzalanıb

2021/10/35345-1634806205.jpg
Oxunub: 699     14:35     21 Oktyabr 2021    
Türkiyə ilə Nigeriya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Razılaşmanı Türkiyə adından İsmail Dəmir və Nigeriya adından ölkənin Xarici İşlər naziri Ceofferi Onyeama imzalayıb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Muhammed Buhari təkbətək və heyətlərarası görüşlər və ortaq razılaşmaların imzalanma mərasimindən sonra Prezident Sarayında birgə mətbuat konfransı təşkil edib.

Hər sahədə əməkdaşlığını davam etdirmək əzmində olduqlarını vurğulayan Ərdoğan terror təşkilatlarına, silahlı dəstələrə və dəniz quldurlarına qarşı eyni vaxtda mübarizə aparan Nigeriya ilə hərbi müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığı gücləndirəcəklərini qeyd edib.

“Müdafiə sənayesi və təhlükəsizlik sahəsindəki dünyaca məşhur imkanlarımızı və qabiliyyətlərimizi Nigeriya ilə bölüşməyə hazırıq”, - deyə Ərdoğan bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Nigeriya  


Türkiyə ilə Nigeriya arasında müdafiə sənayesi əməkdaşlıq sazişi imzalanıb

2021/10/35345-1634806205.jpg
Oxunub: 700     14:35     21 Oktyabr 2021    
Türkiyə ilə Nigeriya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Razılaşmanı Türkiyə adından İsmail Dəmir və Nigeriya adından ölkənin Xarici İşlər naziri Ceofferi Onyeama imzalayıb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Muhammed Buhari təkbətək və heyətlərarası görüşlər və ortaq razılaşmaların imzalanma mərasimindən sonra Prezident Sarayında birgə mətbuat konfransı təşkil edib.

Hər sahədə əməkdaşlığını davam etdirmək əzmində olduqlarını vurğulayan Ərdoğan terror təşkilatlarına, silahlı dəstələrə və dəniz quldurlarına qarşı eyni vaxtda mübarizə aparan Nigeriya ilə hərbi müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığı gücləndirəcəklərini qeyd edib.

“Müdafiə sənayesi və təhlükəsizlik sahəsindəki dünyaca məşhur imkanlarımızı və qabiliyyətlərimizi Nigeriya ilə bölüşməyə hazırıq”, - deyə Ərdoğan bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Nigeriya  


Bizi "telegram"da izləyin