İspartadan yüksələn səs... Hazır? Daima hazır!| Artıq hər bir Azərbaycan əsgəri komando olmaq istəyəcək

2021/10/66666-1634725234.jpg
Oxunub: 3129     14:22     20 Oktyabr 2021    
Əlləriniz, ayaqlarınız, gözləriniz bağlı olaraq dənizin dibindəsiniz. Necə sağ qalacaqsınız? Çoxumuzun düşünmək belə istəmədiyimiz bu vəziyyət, yüksək səviyyəli komandoların hazırlandığı təlimin bir hissəsidir.

İki gün öncə Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirildi. Dünən isə Azərbaycan Ordusunun yeni yaradılan komando hərbi hissəsi istifadəyə verildi.

Qeyd edək ki, Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığı dünyada ən çətin hərbi təlimlərə ev sahibliyi etməsilə tanınır. Bu baxımdan, komandolarımızın İspartada təlim görməsi peşəkarlıq səviyyəsinin hansı səviyyədə olmasını göstərir.

Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığı

Türkiyənin ən xüsusi hərbi qurumlarından olan Dağ Komando Məktəbi və Təlim Mərkəzinin tarixi 1926-cı ilə təsadüf edir.

Böyük Atatürkün rəhbərliyi altında qəhrəmanlıqla dolu üç ildən çox davam edən böyük bir “Milli Mübarizə” və “İstiqlal Savaşı”ndan sonra yeni Türkiyə Cümhuriyyətinin baniləri regionda təhlükəsizlik və əmin-amanlıq içində yaşamaq üçün güclü və müasir bir ordunun mövcudluğunun vacib olduğunu çox yaxşı anlayırdılar.

Bu baxımdan Eğirdirdə bu ordunun özəyini təşkil edəcək birliklərdən birinin qurulmasına qərar verildi. Beləliklə, 1926-cı ildə “Eğirdir Dağ Təlim Düşərgəsi” ilçənin kəskin qayalıqlarında öz işinə başladı.

O illərdə Eğirdirin əhalisi 5 min belə deyildi, lakin burada belə bir əhəmiyyətli hərbi hissənin qurulması təsadüf deyildi. Qərbi Torosun əzəmətli dağları, təpələri və yaylaları, habelə Türkiyənin 4-cü böyük gölünün olduğu bu ərazi sözügedən hərbi birliyin təlimi üçün bütün şəraiti təmin edirdi. Bura ilçənin özünəməxsus iqlimini qatdıqda, Eğirdirin bu fəaaliyyət üçün mükəmməl bir yer olduğunu anlayarıq.

1928-ci ildə çətin qış şəraitində təlim keçmək üçün Camili yayla bölgəsində xizək təsisləri qurulub. Mənbələrə görə, İstiqlal Mücadiləsinin aparıcı qəhrəmanları və cəsur komandirlərindən olan marşal Fevzi Çakmak və General Fahrettin Altay, digər ordu komandanları ilə birlikdə tez-tez təlimləri izləyiblər.

1930-1940-cı illərdə “Egirdir Dağ Təlim Düşərgəsi Birliyi” daha da böyüdü. Çünki o illərdə dünya yeni bir müharibənin eşiyinə çatmışdı. Bu illər həm də “Dağ Təlim Düşərgəsi Birliyi”nin Eğirdirdə iz qoymağa başladığı illər idi. Bu birliyin burada qurulması və kök salması Eğirdirin simasını dəyişdi. Əvvəllər düşərgənin qurulduğu Yazla məhəlləsində bir neçə bağ evi olsa da, bu bölgə indi Eğirdirin ən tanınmış yaşayış məntəqəsidir.

Birlikdən 1974-cü ilin iyul ayında başlayan Kipr Sülh Əməliyyatına qatılan qəhrəmanları isə Türk xalqı heç vaxt unutmayıb.

Kommando nə deməkdir?

Yeni eşidilən sözlərin mənalarını öyrənmək motivasiyası nəticəsində istər-istəməz o sözün nə demək olduğu düşünülür. Komando nə deməkdir?

Fransız mənşəli komando sözü hərbi sahə ilə maraqlanan şəxslərin tez-tez işlətdikləri sözlərdən biridir. Uzun illər Türkiyədə ekranlaşdırılan filimlərdən dilimizə keçən komando sözü, vətəndaşların həm gündəlik həyatda, həm də sosial mediada istifadə etdikləri sözlərdən biri kimi önə çıxır.

Komando sözünün mənası bu şəkildə qəbul edilir:

- Xüsusi təlim keçmiş hərbi qulluqçulardan ibarət birlik
- Sözügedən birlikdə xidmət edən əsgər
- Vurucu qüvvə

Ümumiyyətlə, komando birliyi Silahlı Qüvvələr tərəfindən xüsusi olaraq formalaşdırılan, digər birliklərdən müstəqil olaraq fəaliyyət göstərən, basqın və təxribat kimi xüsusi tapşırıqları uğurla yerinə yetirən müəyyən sayda hərbi qulluqudan ibarətdir. Komando birliyində xidmət edən hərbi qulluqçuların hər birinə komando deyilir. Komandolar xüsusi təlim görmüş hərbi qulluqçulardır. Onlar, orduda ən tələbkar və qabaqcıl təlim və təhsil görmüş hərbi qulluqçular arasından seçilir.

Komando qısa müddət ərzində hədəfin üzərində kəşfiyyat aparıb, mövcud vəziyyətin qiymətləndirməsini ortaya qoyaraq bu hədəfi məhv edən, tapşırığı tamamlayan hərbi qulluqçulardır. Komandolar, təchizat göndərilməsə belə tapşırıqlarını yerinə yetirən hərbi qulluqçulardır.

Beləliklə, onlar istənilən vaxt və hər yerdə quruda, dənizdə və havada döyüşmək üçün təlim görürlər. Onlar həm HHQ, həm HDQ, həm də QQ əməliyyatlarında iştirak edə bilərlər. Müxtəlif ölkələrin ordularında olan komandolar, həmin ölkələrin müdafiəsində ən təsirli qüvvələrdən biri olaraq qəbul edilir.

Düşmən dərinliklərində fəaliyyət göstərən komandolar mavi beretlərdən istifadə edirlər.

4 çətin mərhələ?

Türkiyədə müxtəlif birliklərdən zabit və çavuşların könüllü olaraq qatıldığı kurslara 16 ölkədən hərbi qulluqçular qatılır.

28 həftəlik təlimin ilk mərhələsi “Dərin qar və şiddətli soyuqlarda komando əməliyyatı”, ikinci mərhələsi “Quruda Komando Əməliyyatı” adlanır. Təlimin tamamlanması ardından, kursantlar Kayseridəki havadan desant endirmə mərhələsini tamamlayaraq komando ixtisas nişanını alırlar.

Adətən, 4 mərhələdən ibarət olan təlimlərin 3-cü mərhələsində iştirakçıların 50 faizi təlimlərin çox çətin olması səbəbindən uğur qazana bilmir.

Belə ki, ixtisas kursunun üçüncü mərhələsi olan “Suüstü Komando Əməliyyatı”nda kursantlar təxminən 4 həftə ərzində hər cür su maneəsini aşma üsullarını öyrənirlər.

Bu çərçivədə, təchizatlı şəkildə qurbağa kimi üzmə, qüllədən atlama, sualtı üzmə, dalğıc, sualtından keçid, salla məşq, dənizdən tədarük kimi ciddi təlimlər həyata keçirən kursantlar, fiziki və psixoloji dözümlülük tələb edən və önəmli hissəsi gecə davam edən təlimlərdən sonra real ssenarilərlə məşq edirlər.

Təlim zamanı komando namizədləri helikopterdən tullanmaq və desant endirmə ilə tam sürətlə gedən bir katerdən tullanma və geri çəkilmək kimi xüsusilə çətin vəzifələri yerinə yetirirlər.

Təlimin ən çətin mərhələlərindən biri isə əlləri, ayaqları və gözləri bağlı olan heyətin sağ qalma məşğələsidir. Təlimdə bütün kursantlar əlləri, ayaqları və gözləri bağlı olaraq dənizə atıldıqdan sonra sağ qalaraq ən yaxın ünsürə çatmalıdırlar. Öyrəndikləri xüsusi texnikaları tətbiq edən kursantlar bu mərhələdən uğurla keçməlidirlər.

Komando olmaq üçün başqa nələr vacibdir?

Artıq Vətən Müharibəsindən sonra ölkəmizdə əsgərlik yaşına çatmış gənclərin ən böyük xəyallarından biri komando kimi xidmət etmək olacaq. Çünki komando olmaq əsgər və ailəsi üçün xüsusi qürur və şərəf mənbəyidir.

Artıq hərbi xidmətə gedəcək insanların çoxu hərbi xidmətini komando olaraq keçmək istəyəcək. Buna baxmayaraq, müxtəlif səbəblərdən hər kəs komando ola bilməz. Komando olan bir şəxs üçün bu üstünlük həm hərbi xidmətdə, həm də hərbi xidmətdən sonrakı dövrdə qürurla xatırlayacağı və söyləyəcəyi bir ünvandır.

Bir çox insan komando olmaq istəsə də, hər kəs təqdim edilən şərtlərə görə hərbi xidmətini komando olaraq keçə bilməz. Komando olmaq üçün tələblərə nəzər salaq;

1. Komando olmağın ilk şərtlərindən biri, insanın fiziki və əqli cəhətdən komando olmağa hazır olmasıdır. Fiziki hazırlıq dedikdə insanın boy və çəkisi arasındakı harmoniya nəzərdə tutulur. Ümümən hər kəs tərəfindən düşünülənin əksinə olaraq, komando olmaq üçün çox uzun boylu olmaq da tələb edilmir. Əsas odur ki, boyunuz çəkinizlə mütənasib olsun. Boy və çəki arasındakı nisbətdə +-10 meyarı var. Bunu bir nümunə ilə izah edək. Deyək ki, boyunuz 172 santimetrdir. Bu vəziyyətdə komando olmaq istəyirsinizsə, 82 kilodan az və 62 kilodan çox olmalısınız. Gördüyünüz kimi, boyu 172 santimetr olan bir adam da komando ola bilər və deyilənlərin əksinə olaraq uzun boylu olmaq komando olmaq üçün maneçilik belə törədir. Məsələn, son zamanlarda Türkiyədə komandolar daha çox normal boyu və çəkisi olan insanlar arasından seçilir. Çox uzun olmaq döyüş meydanındakı hərəkətliliyi azaldır.

2. Komando olmaq üçün daha öncə ciddi bir əməliyyat keçirməməlisən. Qeyd olunduğu kimi, komando havada, quruda və dənizdə xidmət edən xüsusi təlim keçmiş bir hərbi qulluqçudur. Uşaqlıqda və ya hərbi xidmətdən öncə ciddi bir əməliyyat keçirmək komando olmağa mane olur. Bu, fərqli atmosfer mühitlərində insan bədəninin həddindən artıq reaksiyalar göstərməsi nəticəsində keçirilən əməliyyatın pozulması deməkdir. Məsələn, hərbi xidmətdən əvvəl ayaq biləyi sındırılan şəxsi nəzərdən keçirək. Helikopterlə döyüş əməliyyatları keçirilən bölgəyə getmək üçün helikopterə minən şəxs təzyiqdən ağrı hiss edə bilər. Və ya dağda hərəkət edərkən, qırıq hissə ani bir hərəkətlə asanlıqla yenidən çatlaya bilər. Bu riskləri aradan qaldırmaq üçün heç vaxt ciddi əməliyyat keçirməmiş şəxslərə komando olmaq üçün üstünlük verilir.

3. Yuxarıda göstərilənlərə əlavə olaraq, komando olmaq üçün insanın psixoloji cəhətdən sağlam olması lazımdır. Komando olmaq həm fiziki, həm də psixoloji cəhətdən çətindir. Psixoloji cəhətdən zəif insanlar bu çətin şərtlərdə depressiyaya düşə, hətta intihar edə bilər. Bu səbəbdən komando olacaq şəxs polad kimi sinirlərə sahib olmalıdır.

Komandolar ölkəmizin, millətimizin dayağıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Komando   Azərbaycan-Türkiyə  

İspartadan yüksələn səs... Hazır? Daima hazır!| Artıq hər bir Azərbaycan əsgəri komando olmaq istəyəcək

2021/10/66666-1634725234.jpg
Oxunub: 3130     14:22     20 Oktyabr 2021    

Bizi "telegram"da izləyin