İsrail Finlandiya Sərhəd Mühafizəsinə “Orbiter” PUA-larını nümayiş etdirib

2021/10/Orbit-1634718223.jpg
Oxunub: 685     17:54     21 Oktyabr 2021    
İsrailin “Aeronautics Group” şirkəti Finlandiya Sərhəd Mühafizəsinə “Orbiter” PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Finlandiya Sərhəd Mühafizəsi “Turva” adlanan dəniz patrul gəmisindən yüksək qabiliyyət nümayiş etdirən “Orbiter” sistemini uğurla sınaqdan keçirib və dəniz mühitində PUA-ların qiymətləndirilməsini başa vurub.

Şirkətdən verilən məlumata görə, bir həftə ərzində “Orbiter” sisteminə axtarış və xilasetmə, şübhəli gəmilərin müəyyən edilməsi, müşahidəsi və kəşfiyyatı daxil olmaqla müxtəlif dəniz missiyası ssenariləri tapşırılıb.

Bu qiymətləndirmə PUA-ların gəmilərə gələcək inteqrasiyasını araşdırmaq üçün hazırlanmış Sərhəd Mühafizəsinin Müşahidəsi layihəsi çərçivəsində həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Finlandiya   Orbiter  


İsrail Finlandiya Sərhəd Mühafizəsinə “Orbiter” PUA-larını nümayiş etdirib

2021/10/Orbit-1634718223.jpg
Oxunub: 686     17:54     21 Oktyabr 2021    
İsrailin “Aeronautics Group” şirkəti Finlandiya Sərhəd Mühafizəsinə “Orbiter” PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Finlandiya Sərhəd Mühafizəsi “Turva” adlanan dəniz patrul gəmisindən yüksək qabiliyyət nümayiş etdirən “Orbiter” sistemini uğurla sınaqdan keçirib və dəniz mühitində PUA-ların qiymətləndirilməsini başa vurub.

Şirkətdən verilən məlumata görə, bir həftə ərzində “Orbiter” sisteminə axtarış və xilasetmə, şübhəli gəmilərin müəyyən edilməsi, müşahidəsi və kəşfiyyatı daxil olmaqla müxtəlif dəniz missiyası ssenariləri tapşırılıb.

Bu qiymətləndirmə PUA-ların gəmilərə gələcək inteqrasiyasını araşdırmaq üçün hazırlanmış Sərhəd Mühafizəsinin Müşahidəsi layihəsi çərçivəsində həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Finlandiya   Orbiter  


Bizi "telegram"da izləyin