Erməni mediasının təxribatı: Hərbi gəmi yox, sürət kateri, Xəzər dənizində yox, Fars körfəzində, 4000 ədəd yox, 340

2021/10/56756-1634639939.jpg
Oxunub: 5947     16:32     19 Oktyabr 2021    
Oktyabrın 5-də erməni mediasında İran Hərbi Dəniz Qüvvələrinin Xəzərdə keçirdiyi təlimlər barədə məlumat yayılıb.

“Yerkir.am" saytı rusdilli “Военное обозрение” teleqram kanalına istinad edərək yazıb ki, İran Xəzər dənizinin sahilində yerləşən dayaq məntəqələrindən birində ağır pulemyotlarla “ağcaqanalar donanması”nı, 4000-ə qədər gəmi yerləşdirib.

Elə həmin gün 27TV-nin “4000 İran gəmisi Xəzər dənizidən hücum etmək üçün hazırdır” başlığı ilə nəşr edilmiş müsahibəsi zamanı hərbi ekspert Hayk Nahapetyan İran “donanma”sı haqqında danışmışdı.

“...indi dörd min (İrana məxsus - red.) hücum gəmisi kifayət qədər ciddi qüvvədir, dörd min. Azərbaycanın rəsmi mənbələri təsdiq etdi, hazırda Xəzər dənizindədir, hücum etməyə hazırdır. Dörd minin, hansı rəqəm olduğunu təsəvvür edirsiniz?”, - deyə Nahapetyan (14:28-dən başlayaraq) bildirib.

Qeyd etmək lazımdır ki, erməni hərbi ekspertin iddialarını təsdiq edəcək heç bir rəsmi bəyanat və ya mənbə yoxdur. Lakin Nahapetyanın bu bəyanatı təxribatçı saytlar tərəfindən çox sürətlə yayıldı. “5-ci kanal” da oktyabrın 11-də “Haylur” verilişi zamanı bənzər məlumat bildirdi. Orada “gəmi”ləri artıq “hərbi gəmi”lərə çevirmişdilər.

“İran bir həftə öncə Xəzər dənizinə dörd min hərbi gəmi çıxardı və Bakını Azərbaycanın enerji infrastrukturlarını hədəfə almaqla təhdid etdi”, - deyə “5-ci kanal”ın reportajında bildirilir. Bu məlumatın ilkin mənbəsi kimi qeyd olunan “Военное обозрение” teleqram kanalında və eyni adlı məşhur onlayn nəşriyyatın saytında bənzər məlumatı tapa bilmədik. Halbuki eyni adı daşıyan “Военное обозрение” feysbuk səhifəsində və bəzi teleqram kanallarında oktyabrın 5-də bənzər məlumat yayılmışdı.

Nəşrlər yandakı video ilə müşayiət olunurdu. Orada da Xəzər dənizindəki İrana məxsus “ağcaqanalar donanması” məhz ehtimalla təqdim olunurdu.

Lakin əslində bu video hələ 2021-ci ilin fevralında İranın cənubunda, Fars körfəzində yerləşən Bəndər Abbas limanında 340 sürət katerinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun istismarına təhvil verilməsi zamanı çəkilib və Xəzər dənizi ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, ümumilikdə İran Xəzər dənizində sonuncu dəfə 2021-ci ilin iyulunda hərbi təlim keçirib. Bu təlim “Sabit təhlüksizlik-2021” adını almışdı. Bundan sonra Xəzər dənizində keçirilən hər hansı təlim haqqında İran tərəfindən bəyanat verilməyib və bənzər məlumatlar İran mətbuatında yoxdur.

Beləliklə, qeyd edə bilərik ki, İranın Azərbaycana “hücum” etməyə hazır olaraq Xəzər dənizində 4000 “hərbi gəmi” yerləşdirdiyinə dair erməni mətbuatında yayılan məlumatlar reallığa uyğun gəlmir və yalnız naməlum teleqram kanallarının bildirdiyi məlumatlara əsaslanıb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Azərbaycan  

Erməni mediasının təxribatı: Hərbi gəmi yox, sürət kateri, Xəzər dənizində yox, Fars körfəzində, 4000 ədəd yox, 340

2021/10/56756-1634639939.jpg
Oxunub: 5948     16:32     19 Oktyabr 2021    

Bizi "telegram"da izləyin