Gürcüstan və ABŞ Cənubi Qafqazda sülh təşəbbüsünü müzakirə ediblər

2021/10/32bf3-1634563673.jpg
Oxunub: 551     17:27     18 Oktyabr 2021    
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ-ın müdafiə naziri Lloyd Oustinlə keçirdiyi görüşdə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya toxunulub.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

İ.Qaribaşvili bölgədə sülh və sabitliyin bərpa olunmasının önəmini qeyd edib. Bu kontekstdə Gürcüstanın vasitəçiliyi və ABŞ-la sıx əməkdaşlıq nəticəsində Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma vurğulanıb. Bildirilib ki, bu razılaşma regionda dialoqa imkan verir və təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırır.

Baş nazir həmçinin BMT tribunasından irəli sürdüyü yeni Dinc Qonşuluq Təşəbbüsü barədə də danışıb. Onun sözlərinə görə, təşəbbüsün məqsədi bölgədə sülh və sabitliyi təmin etməkdən ibarətdir. İ.Qaribaşvili ABŞ-ın bu prosesdə dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan  


Gürcüstan və ABŞ Cənubi Qafqazda sülh təşəbbüsünü müzakirə ediblər

2021/10/32bf3-1634563673.jpg
Oxunub: 552     17:27     18 Oktyabr 2021    
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ-ın müdafiə naziri Lloyd Oustinlə keçirdiyi görüşdə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya toxunulub.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

İ.Qaribaşvili bölgədə sülh və sabitliyin bərpa olunmasının önəmini qeyd edib. Bu kontekstdə Gürcüstanın vasitəçiliyi və ABŞ-la sıx əməkdaşlıq nəticəsində Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma vurğulanıb. Bildirilib ki, bu razılaşma regionda dialoqa imkan verir və təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırır.

Baş nazir həmçinin BMT tribunasından irəli sürdüyü yeni Dinc Qonşuluq Təşəbbüsü barədə də danışıb. Onun sözlərinə görə, təşəbbüsün məqsədi bölgədə sülh və sabitliyi təmin etməkdən ibarətdir. İ.Qaribaşvili ABŞ-ın bu prosesdə dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan  


Bizi "telegram"da izləyin