Türkiyə və İraq arasında hava şarları ilə bağlı müqavilə imzalanıb

2021/10/12-1--1634542453.jpg
Oxunub: 674     14:22     18 Oktyabr 2021    
İraq hökuməti ilə Türkiyənin “Otonom Teknoloji” adlı mühəndislik və texnologiya şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müqavilə hava şarları sistemlərini əhatə edir. Məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirin başçılığı ilə 2 oktyabr 2021-ci ildə Bağdadda keçirilən”Sənaye Günü” tədbirinə qatılan şirkət rəsmiləri İraq Hərbi Sənaye Nümayəndəliyi şirkəti ilə müqavilə imzalayıb.

Şirkətin açıqlamasına görə, “Otonom Teknoloji” ilə İraq Hərbi Sənaye Nümayəndəliyi Şirkəti arasında, xüsusən sərhəd və terror əməliyyatlarında istifadə ediləcək hava şarı müşahidə sistemlərinin istehsalı üçün ortaq anlaşma memorandumu imzalanıb.

Razılaşma nəticəsində iki ölkə arasında texnologiya transferi və istehsal fəaliyyətlərinin həyata keçirilməsinə dair işlərə başladığı da bildirilib.

Şirkətin rəsmi açıqlamasında məhsulun adı qeyd edilməsə də, “Otonom Teknoloji”nin əsas məhsulları “Tepegöz” və “Doruk”dur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq  


Türkiyə və İraq arasında hava şarları ilə bağlı müqavilə imzalanıb

2021/10/12-1--1634542453.jpg
Oxunub: 675     14:22     18 Oktyabr 2021    
İraq hökuməti ilə Türkiyənin “Otonom Teknoloji” adlı mühəndislik və texnologiya şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müqavilə hava şarları sistemlərini əhatə edir. Məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirin başçılığı ilə 2 oktyabr 2021-ci ildə Bağdadda keçirilən”Sənaye Günü” tədbirinə qatılan şirkət rəsmiləri İraq Hərbi Sənaye Nümayəndəliyi şirkəti ilə müqavilə imzalayıb.

Şirkətin açıqlamasına görə, “Otonom Teknoloji” ilə İraq Hərbi Sənaye Nümayəndəliyi Şirkəti arasında, xüsusən sərhəd və terror əməliyyatlarında istifadə ediləcək hava şarı müşahidə sistemlərinin istehsalı üçün ortaq anlaşma memorandumu imzalanıb.

Razılaşma nəticəsində iki ölkə arasında texnologiya transferi və istehsal fəaliyyətlərinin həyata keçirilməsinə dair işlərə başladığı da bildirilib.

Şirkətin rəsmi açıqlamasında məhsulun adı qeyd edilməsə də, “Otonom Teknoloji”nin əsas məhsulları “Tepegöz” və “Doruk”dur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq  


Bizi "telegram"da izləyin