Türkiyə şirkəti Uruqvaya zirehli maşın ixrac edib

2021/10/Katme-1634542589.jpg
Oxunub: 789     17:53     18 Oktyabr 2021    
Türkiyə müdafiə sənayesinin dinamik şirkətlərindən olan “Katmerciler” zirehli maşın ixracatında daha bir uğur qazanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Türk” nəşri yazıb.

Uruqvay ordusu BMT-nin Atəşkəs Müşahidə Qüvvələrində (UNDOF) çalışan personalının ehtiyaclarına uyğun olaraq zirehli maşın alıb

Şirkət Uruqvaya “Hızır” adlı taktiki təkərli zirehli maşın və 4 × 4 təkər formuluna malik zirehli təcili yardım maşını ixrac edib.

UNDOF rəsmi olaraq müharibə vəziyyətində olan İsrail ilə Suriya arasındakı Qüvvələrin Çıxarılması Anlaşmasını izləmək üçün bölgəyə yerləşdirilən BMT Sülhməramlı Qüvvələridir. 10 avqust 2020-ci il tarixinə olan məlumatlara görə, missiyada 1100 işçi çalışır. Missiyaya töhfə verən ölkələr arasında Uruqvay da var.

Qeyd edək ki, “Katmerciler” bundan əvvəl Keniya Müdafiə Nazirliyi ilə “Hızır” təkərli zirehli maşınlarının tədarükü üçün 91,4 milyon dollarlıq müqavilə imzalayıb.

Şirkət bu ilin əvvəlində başqa bir Afrika ölkəsinə 40 milyon avroluq müdafiə vasitəsi ixracatını elan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hızır   Katmerciler  

Türkiyə şirkəti Uruqvaya zirehli maşın ixrac edib

2021/10/Katme-1634542589.jpg
Oxunub: 790     17:53     18 Oktyabr 2021    

Bizi "telegram"da izləyin