İran ətrafında irəliləyiş olacaq?| Region üçün vacib gözlənti

2021/10/556-1634380190.jpg
Oxunub: 19512     15:51     16 Oktyabr 2021    
Vaşinqtonda olan və ABŞ dövlət katibi ilə görüş keçirən Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel bildirib ki, Brüssel İranın nüvə proqramı ətrafında danışığa yenidən başlamaq üçün ABŞ və İranın razılığını gözləyir.

Borel danışıqlara başlamaq dəvətini göndərmək üçün tərəflərin razılığını gözlədiklərini qeyd edib. Onun sözlərinə görə, danışığa mümkün qədər tez başlamaq lazımdır.

Daha əvvəl “Bloomberg” öz mənbələrinə istinad edərək İranın nüvə proqramı ilə bağlı danışıqların önümüzdəki həftələrdə yenidən başlayacağını qeyd etmişdi. İranın nüvə proqramı ilə bağlı danışığın yenidən başlaması İran ətrafındakı vəziyyət, təbii olaraq Qafqaz regionu da daxil olmaqla beynəlxalq siyasətin cari axınlarına əhəmiyyətli təsir göstərəcək.

Üstəlik, görünür, bu hal Qafqazda İran ətrafında, İranın hərəkətləri kontekstində nəzərəçarpan gərginliyin dərinliyində, dipnotun təbəqələrindədir. Bunun sübutu bəlkə də o oldu ki, bir neçə gün bundan öncə Moskvada Rusiya və İran Xarici İşlər nazirlərinin görüşündən bir neçə saat öncə ABŞ dövlət katibi Sergey Lavrova zəng etmişdi və beynəlxalq proqramlar ətrafında danışığa tezliklə yenidən başlamaq zərurəti haqqında bildirmişdi.

Daha sonra ABŞ Dövlət Departamentinin mətbuat katibi qeyd etmişdi ki, vəziyyət uzun davam edə bilməz və onlar ümid edirlər ki, İran hökuməti danışığa qayıtma istiqamətində addımlar atacaq. Üstəlik, İran və Rusiya Xarici İşlər nazirləri arasında dünən telefon danışığının da baş tutması diqqətəlayiqdir.

Bu hal təkcə bir neçə gün bundan öncə Moskvada onların görüşü fonunda yox, həmçinin ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfəri fonunda diqqət çəkən məqamdır. Əlbəttə, Nulandın səfəri zamanı əsas müzakirə mövzularından biri bəlkə də İranın nüvə proqramı ətrafında mövcud olan vəziyyət olub.

Danışığa yenidən başlamaq məsələsində Rusiyanın konstruktiv təsir göstərəcəyini, yoxsa buna qısqanclıqla yanaşacağını birmənalı şəkildə söyləmək çətindir. Hər halda bir neçə ay bundan öncə İranda baş vermiş məşhur sızıntı nəticəsində keçmiş Xarici İşlər naziri Zərifin müsahibəsi peyda olanda sonuncu Rusiyanın İranın nüvə proqramı ətrafında sövdələşməyə mane olmaq istəyi haqqında danışırdı.

Söhbət İranla Rusiyanın da daxil olduğu 6-lıq arasında razılaşma imzalandığı dövrdən gedir. Vəziyyətin indi necə olduğunu söyləmək çətindir, ancaq o dövrlə müqayisədə vəziyyətin kökündən dəyişdiyi şübhəsizdir. Bu səbəbdən bir sıra səbəblərə görə Rusiyanın da motivasiyasının dəyişdiyini istisna etmək lazım deyil.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin