XİN rəhbərlərinin görüşü, KTMT-dən vacib açıqlama və baş verən erməni təxribatları – İCMAL

2019/07/5765_-1564558347.jpg
Oxunub: 1365     17:47     16 Oktyabr 2021    
Oktyabrın 14-də Belarusun paytaxtı Minskdə Sergey Lavrovun təşəbbüsü ilə Ermənistan, Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü baş tutdu. XİN rəhbərləri Qarabağla bağlı olan məsələləri, eləcə də 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının həyata keçirilməsinin gedişatını müzakirə ediblər.

Mirzoyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə baş tutmuş görüşə toxunaraq bir daha iddia edib ki, Qarabağ məsələsinin hərtərəfli və davamlı həlli ATƏT-in Minsk qrupunun həmsədrləri formatı və bu formata verilmiş beynəlxalq mandat çərçivəsində tərəflərə məlum prinsiplər və elementlər əsasında həyata keçirilməlidir.

“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq, xüsusən də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını tanımaq prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”, - dünən öz növbəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Minskdə keçirilən MDB ölkələrinin Xarici İşlər nazirlərinin görüşdə çıxış edərkən bildirib.

Azərbaycan demarkasiya və delimitasiya prosesinə başlamağa çağırış edib. Bayramov həmçinin kommunikasiya yollarının açılmasının bütün regionun bütün ölkələrinə fayda verəcəyindən və beynəlxalq nəqliyyat proqramlarında Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əmin olduğunu bildirib. Nəticədə, iş o yerə çatdı ki, dünən KTMT səviyyəsində qeyd olundu ki, Qarabağla bağlı əldə edilmiş razılaşmalar regionda son siyasi həll üçün kifayətdir.

KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib: “Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmaq mümkün oldu. İndiyə qədər əldə edilmiş razılaşmalar töhfə verir ki, Qarabağ ətrafındakı siyasi böhranın həlli məqsədilə zəruri şərtlər formalaşsın”.

Onun sözlərinə görə, 2021-ci ilin mayından etibarən atəşkəs rejiminin mütəmadi pozuntuları olsa da, indi tərəflər arasında konstruktiv dialoq qurmaq üçün sabit meyl nəzərə çarpır. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə qeyd edirdi ki, Moskva 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş üçtərəfli razılaşmaların bütün bəndlərinin tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır: “Biz hesab edirik ki, beləliklə mürəkkəb ikitərəfli məsələlər də daxil olmaqla İrəvan və Bakı arasında münasibətləri normallaşdırmaq üçün əhəmiyyətli imkanlar yaranacaq”.

Aydın idi ki, Rusiyanın aktivliyi, yəni bu yaxınlarda baş tutmuş Paşinyan-Putin görüşü fonunda ermənilər növbəti təxribata əl atacaq.

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib. Oktyabrın 14-də isə saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Növbəti gün, səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

Beləliklə, Ermənistan Moskvanın “qətiyyət”inin dərəcəsini yoxlayır və artıq qeyd etmək olar ki, İrəvan Putinin “diş”lərini “sayıb”.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Moskva  

XİN rəhbərlərinin görüşü, KTMT-dən vacib açıqlama və baş verən erməni təxribatları – İCMAL

2019/07/5765_-1564558347.jpg
Oxunub: 1366     17:47     16 Oktyabr 2021    

Bizi "telegram"da izləyin