Azərbaycanla Fransa arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanacaq

2021/10/anama-1634373742.jpg
Oxunub: 814     12:37     16 Oktyabr 2021    
Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qrosun müşaiyət etdiyi Piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Ordu.az-a ANAMA-dan məlumat verilib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumat verilib, prezentasiya təqdim edilib.

Səfərin başlıca məqsədi Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Fransa Respublikasının mümkün töhfəsinin verilməsi, eləcə də minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi və bu sahədə lazımi dəstəyin göstərilməsinin müzakirəsindən ibarət olub. Yaxın zamanda, iki tərəfli əməkdaşlıq çərçivəsində qeyd olunmuş istiqamətlər üzrə sənədin imzalanması nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Fransa  


Azərbaycanla Fransa arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanacaq

2021/10/anama-1634373742.jpg
Oxunub: 815     12:37     16 Oktyabr 2021    
Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qrosun müşaiyət etdiyi Piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Ordu.az-a ANAMA-dan məlumat verilib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumat verilib, prezentasiya təqdim edilib.

Səfərin başlıca məqsədi Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Fransa Respublikasının mümkün töhfəsinin verilməsi, eləcə də minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi və bu sahədə lazımi dəstəyin göstərilməsinin müzakirəsindən ibarət olub. Yaxın zamanda, iki tərəfli əməkdaşlıq çərçivəsində qeyd olunmuş istiqamətlər üzrə sənədin imzalanması nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Fransa  


Bizi "telegram"da izləyin