Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev

2021/10/16012-1634372165.jpg
Oxunub: 613     12:04     16 Oktyabr 2021    
Suqovuşan və Talış ərazilərinin çox böyük strateji əhəmiyyəti var idi. 2020-ci il 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından etibarən bu, diplomatik korpus nümayəndələri ilə birgə işğaldan azad edilmiş ərazilərimizə 7-ci səfərimizdir.

Ordu.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri zaman deyib.

H.Hacıyev bildirib ki, səfərlərin ilkin mərhələsində bilavasitə Ermənistanın 30 il ərzində işğal dövründə Azərbaycanın işğal altındakı ərazilərində törətdiyi dağıntıların şahidi olurduq:

“Budəfəki səfərlərimiz getdikcə fərqlənməyə başlayır. Biz artıq Azərbaycan tərəfindən qısa müddət ərzində həyata keçirdiyi quruculuq işləri ilə də tanış oluruq. Biz diplomatik korpus nümayəndələri ilə Talış istiqmətində yeni çəkilmiş yol boyunca hərəkət etdik və Azərbaycan tərəfindən quruculuq işləri cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq sürətli şəkildə davam etdirilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suqovuşan   Talış  


Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev

2021/10/16012-1634372165.jpg
Oxunub: 614     12:04     16 Oktyabr 2021    
Suqovuşan və Talış ərazilərinin çox böyük strateji əhəmiyyəti var idi. 2020-ci il 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından etibarən bu, diplomatik korpus nümayəndələri ilə birgə işğaldan azad edilmiş ərazilərimizə 7-ci səfərimizdir.

Ordu.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri zaman deyib.

H.Hacıyev bildirib ki, səfərlərin ilkin mərhələsində bilavasitə Ermənistanın 30 il ərzində işğal dövründə Azərbaycanın işğal altındakı ərazilərində törətdiyi dağıntıların şahidi olurduq:

“Budəfəki səfərlərimiz getdikcə fərqlənməyə başlayır. Biz artıq Azərbaycan tərəfindən qısa müddət ərzində həyata keçirdiyi quruculuq işləri ilə də tanış oluruq. Biz diplomatik korpus nümayəndələri ilə Talış istiqmətində yeni çəkilmiş yol boyunca hərəkət etdik və Azərbaycan tərəfindən quruculuq işləri cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq sürətli şəkildə davam etdirilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suqovuşan   Talış  


Bizi "telegram"da izləyin