Cənubi Koreyanın 812 milyon dollarlıq “Global Hawk” PUA-sında qüsurlar aşkar edilib

2021/10/MCFTX-1634369306.jpg
Oxunub: 824     16:52     18 Oktyabr 2021    
Cənubi Koreya parlamentinin hakim Demokrat partiyasından olan deputatı bildirib ki, Hərbi Hava Qüvvələrinin ABŞ-dan satın aldığı dörd ədəd “Global Hawk” müşahidə PUA-larının hamısında qüsurlar var.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap News” agentliyi yazıb.

Deputat bildirib ki, parlament yoxlaması zamanı, hər birində orta hesabla 10 dəfə qüsur aşkar edilib.

2019-cu ilin dekabrından keçən ilin sentyabrına qədər Cənubi Koreya 812 milyon ABŞ dolları dəyərində 4 ədəd bu PUA-dan alıb.

“Qısa müddət ərzində çox çox qüsur aşkar edilib. “Global Hawk”ları hərtərəfli yoxlamalı və onların stabil işləməsini təmin etmək üçün tez bir zamanda tədbirlər görməliyik”, - deyə deputat bildirib.

O, “Global Hawk”ın görütüləri yerə ötürən hissəsində problemlər olduğunu, ancaq hələlik nəyin səhv olduğunun dəqiq aşkarlanmadığını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Cənubi Koreyanın 812 milyon dollarlıq “Global Hawk” PUA-sında qüsurlar aşkar edilib

2021/10/MCFTX-1634369306.jpg
Oxunub: 825     16:52     18 Oktyabr 2021    
Cənubi Koreya parlamentinin hakim Demokrat partiyasından olan deputatı bildirib ki, Hərbi Hava Qüvvələrinin ABŞ-dan satın aldığı dörd ədəd “Global Hawk” müşahidə PUA-larının hamısında qüsurlar var.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap News” agentliyi yazıb.

Deputat bildirib ki, parlament yoxlaması zamanı, hər birində orta hesabla 10 dəfə qüsur aşkar edilib.

2019-cu ilin dekabrından keçən ilin sentyabrına qədər Cənubi Koreya 812 milyon ABŞ dolları dəyərində 4 ədəd bu PUA-dan alıb.

“Qısa müddət ərzində çox çox qüsur aşkar edilib. “Global Hawk”ları hərtərəfli yoxlamalı və onların stabil işləməsini təmin etmək üçün tez bir zamanda tədbirlər görməliyik”, - deyə deputat bildirib.

O, “Global Hawk”ın görütüləri yerə ötürən hissəsində problemlər olduğunu, ancaq hələlik nəyin səhv olduğunun dəqiq aşkarlanmadığını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin