Polşa-Türkiyə hərbi əməkdaşlığı dərinləşir: Varşava yeni silah almağı planlaşdırır

2021/10/hulus-1634368816.jpg
Oxunub: 1450     12:50     16 Oktyabr 2021    
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Polşa Müdafiə naziri Mariuş Blezçak arasında görüş baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Polşanın paytaxtı Varşavada keçirilən ikitərəfli və heyətlərarası görüşlərdən sonra mətbuat konfransı keçirilib.

Blezçak Polşanın tezliklə Türkiyədən yeni silahlar alacağını və bununla əlaqədar Türkiyəyə heyət göndəriləcəyini bildirib: “Biz silah texnologiyalarının birgə inkişafı və hərbi texnika sahəsində təcrübə mübadiləsində maraqlıyıq”.

O qeyd edib ki, hərbi əməkdaşlıq təkcə hərbi texnika deyil, həm də Polşa və Türkiyə hərbi qulluqçularının birgə təlimləri və birgə missiyaları deməkdir.

“Bu yaxınlarda, türk pilotları Baltik Hava Polisinin tərkibində vəzifələrini icra etdilər. Polşa əsgərləri NATO-nun Türkiyənin təhlükəsizliyini gücləndirmək missiyası çərçivəsində İncirlik aviabazasında bütün Şimali Atlantika İttifaqının təhlükəsizliyini gücləndirirlər. Qoşunlarımızın növbəti təlimləri barədə razılığa gəldik, buna görə də ölkələrimiz arasında əlaqələrin intensivləşəcəyini gözləyirik”, - deyə polşalı nazir bildirib.

Polşa-Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığın detallarını müəyyən etmək üçün tezliklə Türkiyəyə heyət göndəriləcəyini vurğulayan Blezçak Türkiyədən yeni silahlar almağı hədəflədiklərinə diqqət çəkib.

Xatırladaq ki, bu ilin may ayında Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” zərbə PUA-ları alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Polşa   Türkiyə   Silah  

Polşa-Türkiyə hərbi əməkdaşlığı dərinləşir: Varşava yeni silah almağı planlaşdırır

2021/10/hulus-1634368816.jpg
Oxunub: 1451     12:50     16 Oktyabr 2021    

Bizi "telegram"da izləyin