“İranın keçirdiyi hərbi təlimlər Ermənistan üçün ciddi dəstək idi” - Ohanyan

2021/10/seyra-1634289654.jpg
Oxunub: 2086     17:47     15 Oktyabr 2021    
“İranın keçirdiyi hərbi təlimlər Zəngəzurdan keçən dəhlizlər və yollar məsələsində təzyiqlərin göstərilməsini istisna etməklə bağlı Ermənistan üçün ciddi dəstək idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə naziri, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Ohanyan qeyd edib ki, lazım gələrsə, İranla Ermənistan arasında strateji sahədə əməkdaşlığı dərinləşdirmək, yeni müqavilələr imzalamaq lazımdır.

“Hələlik ilkin şərtlər yoxdur ki, İranla Azərbaycan arasında hərbi toqquşmanın böyük mümkünlüyü barədə danışmaq mümkün olsun. Bu halda geosiyasi xarakterli hadisələrin inkişafı zamanı güc mərkəzlərinin maraqları da toqquşur. Mənə elə gəlir ki, bu güc mərkəzləri bənzər toqquşmaya icazə verməyəcək”, - deyə Ohanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


“İranın keçirdiyi hərbi təlimlər Ermənistan üçün ciddi dəstək idi” - Ohanyan

2021/10/seyra-1634289654.jpg
Oxunub: 2087     17:47     15 Oktyabr 2021    
“İranın keçirdiyi hərbi təlimlər Zəngəzurdan keçən dəhlizlər və yollar məsələsində təzyiqlərin göstərilməsini istisna etməklə bağlı Ermənistan üçün ciddi dəstək idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə naziri, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Ohanyan qeyd edib ki, lazım gələrsə, İranla Ermənistan arasında strateji sahədə əməkdaşlığı dərinləşdirmək, yeni müqavilələr imzalamaq lazımdır.

“Hələlik ilkin şərtlər yoxdur ki, İranla Azərbaycan arasında hərbi toqquşmanın böyük mümkünlüyü barədə danışmaq mümkün olsun. Bu halda geosiyasi xarakterli hadisələrin inkişafı zamanı güc mərkəzlərinin maraqları da toqquşur. Mənə elə gəlir ki, bu güc mərkəzləri bənzər toqquşmaya icazə verməyəcək”, - deyə Ohanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin