Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub - YENİLƏNİB

2021/10/2021--1634285782.jpg
Oxunub: 1079     13:42     15 Oktyabr 2021    
Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.

Ordu.az xəbər verir ki, onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

***
Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboy rayon Borsunlu kəndində vida mərasimi keçirilir.

Ordu.az-ın məlumatına görə, vida mərasimindən şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edirlər. Vida mərasimindən sonra şəhid Borsunlu kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış.

O, ailənin tək oğlu olub.

Allah rəhmət etsin!
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Goranboy   Şəhid  

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub - YENİLƏNİB

2021/10/2021--1634285782.jpg
Oxunub: 1080     13:42     15 Oktyabr 2021    

Bizi "telegram"da izləyin