ABŞ və Filippin 2022-ci ildə tam miqyaslı hərbi təlimlər keçirəcək

2021/10/1000x-1634281824.jpg
Oxunub: 507     14:40     15 Oktyabr 2021    
ABŞ və Filippin iki illik fasilədən sonra 2022-ci ildə tammiqyaslı hərbi təlimlərə qayıtmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentlik qeyd edir ki, Bayden administrasiyasının Hind-Sakit okeanı regionunda əlaqələri dərinləşdirmək və Çinin təhdidlərinə qarşı çıxmaq istəyinin başqa bir əlaməti olaraq Avstraliya və İngiltərə təlimlərə müşahidəçi olaraq dəvət ediləcək.

Manila şəhərində keçirilən brifinqdə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Admiral Con Aquilino bildirib ki, Amerika Filippinlə keçirdiyi hərbi təlimlərin “mürəkkəbliyini və əhatə dairəsini artırmaq” istəyir və təlimlərə yeni ortaqları dəvət etməyi planlaşdırır.

Böyük Britaniya, Avstraliya və Yaponiya, təlimlərə müşahidəçi olaraq yenidən qoşula biləcək ölkələr arasındadır,

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Çjao Lijian Pekində keçirdiyi müntəzəm mətbuat konfransında bildirib ki, Çin digər millətlərin hərbi təlimlərinə qarşı çıxmır, ancaq “heç bir üçüncü tərəfi hədəf almayacaqlarına” ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin  


ABŞ və Filippin 2022-ci ildə tam miqyaslı hərbi təlimlər keçirəcək

2021/10/1000x-1634281824.jpg
Oxunub: 508     14:40     15 Oktyabr 2021    
ABŞ və Filippin iki illik fasilədən sonra 2022-ci ildə tammiqyaslı hərbi təlimlərə qayıtmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentlik qeyd edir ki, Bayden administrasiyasının Hind-Sakit okeanı regionunda əlaqələri dərinləşdirmək və Çinin təhdidlərinə qarşı çıxmaq istəyinin başqa bir əlaməti olaraq Avstraliya və İngiltərə təlimlərə müşahidəçi olaraq dəvət ediləcək.

Manila şəhərində keçirilən brifinqdə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Admiral Con Aquilino bildirib ki, Amerika Filippinlə keçirdiyi hərbi təlimlərin “mürəkkəbliyini və əhatə dairəsini artırmaq” istəyir və təlimlərə yeni ortaqları dəvət etməyi planlaşdırır.

Böyük Britaniya, Avstraliya və Yaponiya, təlimlərə müşahidəçi olaraq yenidən qoşula biləcək ölkələr arasındadır,

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Çjao Lijian Pekində keçirdiyi müntəzəm mətbuat konfransında bildirib ki, Çin digər millətlərin hərbi təlimlərinə qarşı çıxmır, ancaq “heç bir üçüncü tərəfi hədəf almayacaqlarına” ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin  


Bizi "telegram"da izləyin