Erməni deputat: “Bu reallıqdırsa, arxamızda növbəti xəyanətkar əməl törədilib”

2021/10/image-1634204060.jpg
Oxunub: 696     15:33     14 Oktyabr 2021    
“Sosial şəbəkələrdə “Gorus-Davit Bek-Qafan-Tsakaten yolu ilə vətəndaşların sərbəst hərəkəti haqqında” memorandumun surəti dövriyyəyə qoyulur. Memoranduma əsasən, Azərbaycan tərəfi yolun bu hissəsindən istifadə hüququnu həyata keçirir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan yazıb və sözügedən memorandumun surətini paylaşıb.

Onun sözlərinə görə, bu, əslində yolun bu gün Azərbaycan keçid məntəqəsinin yerləşdiyi və Ermənistanın İrandan gələn nəqliyyat vasitələrinə tam nəzarətin həyata keçirildiyi hissəsidir.

“Həmçinin dövriyyəyə qoyulur ki, 2020-ci il dekabrın 17-də həmin vaxt Ermənistanın Müdafiə naziri olan Vağarşak Harutyunyan, Rusiya və Azərbaycanın Müdafiə nazirləri memorandumu imzalayıblar. Bu reallıqdırsa, arxamızda növbəti xəyanətkar əməl törədilib”, - deyə Qalstyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos  


Erməni deputat: “Bu reallıqdırsa, arxamızda növbəti xəyanətkar əməl törədilib”

2021/10/image-1634204060.jpg
Oxunub: 697     15:33     14 Oktyabr 2021    
“Sosial şəbəkələrdə “Gorus-Davit Bek-Qafan-Tsakaten yolu ilə vətəndaşların sərbəst hərəkəti haqqında” memorandumun surəti dövriyyəyə qoyulur. Memoranduma əsasən, Azərbaycan tərəfi yolun bu hissəsindən istifadə hüququnu həyata keçirir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan yazıb və sözügedən memorandumun surətini paylaşıb.

Onun sözlərinə görə, bu, əslində yolun bu gün Azərbaycan keçid məntəqəsinin yerləşdiyi və Ermənistanın İrandan gələn nəqliyyat vasitələrinə tam nəzarətin həyata keçirildiyi hissəsidir.

“Həmçinin dövriyyəyə qoyulur ki, 2020-ci il dekabrın 17-də həmin vaxt Ermənistanın Müdafiə naziri olan Vağarşak Harutyunyan, Rusiya və Azərbaycanın Müdafiə nazirləri memorandumu imzalayıblar. Bu reallıqdırsa, arxamızda növbəti xəyanətkar əməl törədilib”, - deyə Qalstyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin