Erməni KİV-i: Köçəryan və Sarkisyan Qarabağı Azərbaycandan müstəqil etməyə çalışırdılar ki, bu da qeyri-mümkün ideya idi

2021/10/timth-1634203321.jpg
Oxunub: 926     12:11     16 Oktyabr 2021    
“Bu yaxınlarda Ermənistanın Azadlıq Radiosu Jirayr Liparityandan geniş müsahibə götürüb, Qarabağ ətrafında baş verən son hadisələri şərh etməyi xahiş edib. Son müharibədəki məğlubiyyətdə kimin günahkar və cavabdeh olduğu ilə bağlı birbaşa suala Liparityan sözün əsl mənasında aşağıdakı şəkildə cavab verib: “Birbaşa cavabdeh Nikol Paşinyandır, amma dərin və əsas cavabdehlər Robert Köçəryan və Serj Sarkisyandır””.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Məqalə müəllifinin sözlərinə görə, Liparityan o qədər səmimi olub ki, 1998-ci ilə qədər Ermənistanın Qarabağla bağlı xarici siyasətinin əsas vektorunu açıqlayıb.

“Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Lipartyanın sözlərinə görə, bu vektor Qarabağı Azərbaycanın tərkibində ərazi muxtariyyəti statusunda saxlamaq məqsədi güdürdü. Lipartyanın dediyinə görə, Robert Köçəryan və Serj Sarkisyan Qarabağı Azərbaycandan müstəqil etməyə çalışırdılar ki, bu da qeyri-mümkün ideya idi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan  


Erməni KİV-i: Köçəryan və Sarkisyan Qarabağı Azərbaycandan müstəqil etməyə çalışırdılar ki, bu da qeyri-mümkün ideya idi

2021/10/timth-1634203321.jpg
Oxunub: 927     12:11     16 Oktyabr 2021    
“Bu yaxınlarda Ermənistanın Azadlıq Radiosu Jirayr Liparityandan geniş müsahibə götürüb, Qarabağ ətrafında baş verən son hadisələri şərh etməyi xahiş edib. Son müharibədəki məğlubiyyətdə kimin günahkar və cavabdeh olduğu ilə bağlı birbaşa suala Liparityan sözün əsl mənasında aşağıdakı şəkildə cavab verib: “Birbaşa cavabdeh Nikol Paşinyandır, amma dərin və əsas cavabdehlər Robert Köçəryan və Serj Sarkisyandır””.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Məqalə müəllifinin sözlərinə görə, Liparityan o qədər səmimi olub ki, 1998-ci ilə qədər Ermənistanın Qarabağla bağlı xarici siyasətinin əsas vektorunu açıqlayıb.

“Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Lipartyanın sözlərinə görə, bu vektor Qarabağı Azərbaycanın tərkibində ərazi muxtariyyəti statusunda saxlamaq məqsədi güdürdü. Lipartyanın dediyinə görə, Robert Köçəryan və Serj Sarkisyan Qarabağı Azərbaycandan müstəqil etməyə çalışırdılar ki, bu da qeyri-mümkün ideya idi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin