Füzulinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə sərgi keçirilib - FOTOLAR

2021/10/24520-16342017590.jpg
Oxunub: 1173     12:02     14 Oktyabr 2021    
Füzuli Tarix-Diyarşunaslıq Muzeyində 17 oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə sərgi həsr edilib.

Ordu.az xəbər verir ki, sərgidə Vətən Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin bir qisminin ailələrindən əldə edilmiş geyimlər, sənədlər, fəxri fərmanlar, fotolar və.s əşyalar, eləcə də rayonun 78 qəhrəman şəhidləri haqqında məlumatlar fotoşəkilləri ilə birgə nümayiş edilib.



Həmçinin şəhidlərin xidməti yolundan bəhs edən müxtəlif media qurumlarında dərc edilən məqalələr, kitablar və digər nəşrlərdə sərgilənib. Sərgidə müharibə zamanı rayon ərazisinə atılmış mərmilərin qalıqlarından ibarət və işğaldan azad olunmuş ərazilərimizdən - Füzuli, Zəngilan, Xocavəndin Tuğ kəndindən və Şuşadan tapılaraq Füzuli Tarix-Diyarşunaslıq Muzeyinə təqdim olunan əşyalar nümayiş etdirilib.

‌Tədbirdə şəhid ailələri, yaxınları ilə yanaşı, rayon sakinləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.










Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Tədbir  


Füzulinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə sərgi keçirilib - FOTOLAR

2021/10/24520-16342017590.jpg
Oxunub: 1174     12:02     14 Oktyabr 2021    
Füzuli Tarix-Diyarşunaslıq Muzeyində 17 oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə sərgi həsr edilib.

Ordu.az xəbər verir ki, sərgidə Vətən Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin bir qisminin ailələrindən əldə edilmiş geyimlər, sənədlər, fəxri fərmanlar, fotolar və.s əşyalar, eləcə də rayonun 78 qəhrəman şəhidləri haqqında məlumatlar fotoşəkilləri ilə birgə nümayiş edilib.



Həmçinin şəhidlərin xidməti yolundan bəhs edən müxtəlif media qurumlarında dərc edilən məqalələr, kitablar və digər nəşrlərdə sərgilənib. Sərgidə müharibə zamanı rayon ərazisinə atılmış mərmilərin qalıqlarından ibarət və işğaldan azad olunmuş ərazilərimizdən - Füzuli, Zəngilan, Xocavəndin Tuğ kəndindən və Şuşadan tapılaraq Füzuli Tarix-Diyarşunaslıq Muzeyinə təqdim olunan əşyalar nümayiş etdirilib.

‌Tədbirdə şəhid ailələri, yaxınları ilə yanaşı, rayon sakinləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.










Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Tədbir  


Bizi "telegram"da izləyin