Mingəçevirdə silah-sursat aşkarlanıb

2021/10/e2f53-3268389290.jpg
Oxunub: 393     10:48     14 Oktyabr 2021    
Mingəçevirdə silah-sursat tapılıb.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundanməlumat verilib.

Bildirilib ki, DİN-in ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub və Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.

Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mingəçevir   Sursat  


Mingəçevirdə silah-sursat aşkarlanıb

2021/10/e2f53-3268389290.jpg
Oxunub: 394     10:48     14 Oktyabr 2021    
Mingəçevirdə silah-sursat tapılıb.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundanməlumat verilib.

Bildirilib ki, DİN-in ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub və Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.

Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mingəçevir   Sursat  


Bizi "telegram"da izləyin