Pakistan Ordusu Çindən alınan VT4 tankları üçün təqdimat mərasimi keçirib

2021/10/BSP_7-1634194244.jpg
Oxunub: 562     15:01     14 Oktyabr 2021    
Pakistan Ordusu (PA) rəsmi olaraq Çinin “North Industries Group Corporation” şirkəti (Norinco) tərəfindən istehsal edilən VT4 əsas döyüş tankını silahlanmaya qəbul edib.

Ordu.az xəbər verir ki, dünən ölkənin “Samaa” xəbər kanalı tərəfindən yayımlanan video görüntülərdə üçüncü nəsil tankların Pakistan ordusunun XXX Korpusu (30-cu korpus) və 37-ci Motoatıcı Piyada Diviziyasının yerləşdiyi Gujranvalada təşkil edilən açılış mərasimində nümayiş olunduğu göstərilir.

Pakistan Ordusunun Baş Qərargah rəisi (COAS) general Qamar Caved Bajva da mərasimdə iştirak edib.

Tankın nümayişinə şahidlik edən, həm də “dinamik inteqrasiya edilmiş təlim simulyatorunu” nəzərdən keçirən General Bajva VT4-ü “Pakistan-Çin strateji və müdafiə əməkdaşlığının başqa simvolu” adlandırıb və onun Pakistan ordusunun zərbə qabiliyyətini artıracağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Ordusu   Çin  


Pakistan Ordusu Çindən alınan VT4 tankları üçün təqdimat mərasimi keçirib

2021/10/BSP_7-1634194244.jpg
Oxunub: 563     15:01     14 Oktyabr 2021    
Pakistan Ordusu (PA) rəsmi olaraq Çinin “North Industries Group Corporation” şirkəti (Norinco) tərəfindən istehsal edilən VT4 əsas döyüş tankını silahlanmaya qəbul edib.

Ordu.az xəbər verir ki, dünən ölkənin “Samaa” xəbər kanalı tərəfindən yayımlanan video görüntülərdə üçüncü nəsil tankların Pakistan ordusunun XXX Korpusu (30-cu korpus) və 37-ci Motoatıcı Piyada Diviziyasının yerləşdiyi Gujranvalada təşkil edilən açılış mərasimində nümayiş olunduğu göstərilir.

Pakistan Ordusunun Baş Qərargah rəisi (COAS) general Qamar Caved Bajva da mərasimdə iştirak edib.

Tankın nümayişinə şahidlik edən, həm də “dinamik inteqrasiya edilmiş təlim simulyatorunu” nəzərdən keçirən General Bajva VT4-ü “Pakistan-Çin strateji və müdafiə əməkdaşlığının başqa simvolu” adlandırıb və onun Pakistan ordusunun zərbə qabiliyyətini artıracağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Ordusu   Çin  


Bizi "telegram"da izləyin