Türkiyə gəmiqayırma zavodu sürətli patrul katerlərinin kütləvi istehsalına başlayıb

2021/10/WA3SE-1634194073.jpg
Oxunub: 671     16:00     14 Oktyabr 2021    
Türkiyənin “Ares” gəmiqayırma zavodu ölkənin Sahil Mühafizəsi İdarəsi və Təhlükəsizlik Baş İdarəsi (polis) üçün sürətli patrul katerinin kütləvi istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində 122 katerin inşası nəzərdə tutulub.

Bu, gəmilərin sayına görə Türkiyənin ən böyük dəniz proqramıdır və “Ares” ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında bağlanmış müqavilənin bir hissəsidir. Komitə müqavilənin dəyərini açıqlamayıb, ancaq sənaye mənbələri bunun 70-80 milyon dollar arasında olduğunu təxmin edir.

122 gəmidən 105-i Sahil Mühafizə İdarəsi, qalanı isə Təhlükəsizlik Baş İdarəsi tərəfindən alınacaq.

Kiçik katerlərdən qanunsuz miqrasiya, qaçaqmalçılıq və insan alverini tənzimləmək və ya qarşısının alınması, Türkiyənin Şərqi Qara dəniz sahillərindən Şərqi Aralıq dənizindəki Hatay vilayətinə qədər axtarış və xilasetmə işlərinin dəstəklənməsi üçün istifadə ediləcəyi bildirilir.

5 milyondan çox qaçqına ev sahibliyi edən Türkiyə əksər hallarda qonşu Yunanıstan üzərindən Avropa İttifqına qeyri-qanuni köç üçün əsas tranzit yoludur. Türkiyənin Qara, Egey və Aralıq dənizi sahillərində 8000 kilometrdən çox sahil xətti var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ares  


Türkiyə gəmiqayırma zavodu sürətli patrul katerlərinin kütləvi istehsalına başlayıb

2021/10/WA3SE-1634194073.jpg
Oxunub: 672     16:00     14 Oktyabr 2021    
Türkiyənin “Ares” gəmiqayırma zavodu ölkənin Sahil Mühafizəsi İdarəsi və Təhlükəsizlik Baş İdarəsi (polis) üçün sürətli patrul katerinin kütləvi istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində 122 katerin inşası nəzərdə tutulub.

Bu, gəmilərin sayına görə Türkiyənin ən böyük dəniz proqramıdır və “Ares” ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında bağlanmış müqavilənin bir hissəsidir. Komitə müqavilənin dəyərini açıqlamayıb, ancaq sənaye mənbələri bunun 70-80 milyon dollar arasında olduğunu təxmin edir.

122 gəmidən 105-i Sahil Mühafizə İdarəsi, qalanı isə Təhlükəsizlik Baş İdarəsi tərəfindən alınacaq.

Kiçik katerlərdən qanunsuz miqrasiya, qaçaqmalçılıq və insan alverini tənzimləmək və ya qarşısının alınması, Türkiyənin Şərqi Qara dəniz sahillərindən Şərqi Aralıq dənizindəki Hatay vilayətinə qədər axtarış və xilasetmə işlərinin dəstəklənməsi üçün istifadə ediləcəyi bildirilir.

5 milyondan çox qaçqına ev sahibliyi edən Türkiyə əksər hallarda qonşu Yunanıstan üzərindən Avropa İttifqına qeyri-qanuni köç üçün əsas tranzit yoludur. Türkiyənin Qara, Egey və Aralıq dənizi sahillərində 8000 kilometrdən çox sahil xətti var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ares  


Bizi "telegram"da izləyin