Türkiyədə “Dəmir Quş” adlı vahid aviasiya sınaq mərkəzi qurulur

2021/10/HURJE-1634193987.jpg
Oxunub: 1708     14:15     14 Oktyabr 2021    
Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) şirkəti yerli və milli məhsulların daha sürətli istehsalı üçün səylərini və yatırımlarını sürətləndirib.

Ordu.az xəbər verir ki, şirkət tərəfindən “Dəmir Quş” adlanan uçuş idarəetmə sistemi vahid sınaq mərkəzini qurmağa başlayıb.

2022-ci ilin fevral ayında istifadəyə verilməsi planlaşdırılan bu mərkəz Türkiyədə aviasiya sahəsində bir ilk olacaq.

TUSAŞ-ın yaratdığı mərkəz “Hürjet” və onun fərqli konfiqurasiyasındakı kritik sistemlərin inteqrasiya edilmiş formada test və yoxlanılması üçün güclü infrastruktur təmin edəcək.

Əldə ediləcək qabiliyyətlər Milli Mübarizə Təyyarəsi üçün də istifadə ediləcək. Təyyarədə istifadə ediləcək bütün uçuş kritik avadanlıqları Türkiyə Aerokosmik Sənayesi mühəndisləri tərəfindən hazırlanan və inşa edilən sınaq müəssisəsində sınaqdan keçiriləcək.

Sınaq fəaliyyətlərinin həyata keçiriləcəyi sistemlər arasında Uçuş İdarəetmə Sistemi, Hidravlik Sistem, Eniş mexanizmləri, Elektrik Sistemi (Simulyasiya və real), Sadələşdirilmiş Kokpit və Avionik Sistemlər olacaq. Təxminən 50 nəfərin çalışacağı müəssisənin 30 ildən artıq fəaliyyət göstərəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dəmir-Quş  


Türkiyədə “Dəmir Quş” adlı vahid aviasiya sınaq mərkəzi qurulur

2021/10/HURJE-1634193987.jpg
Oxunub: 1709     14:15     14 Oktyabr 2021    
Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) şirkəti yerli və milli məhsulların daha sürətli istehsalı üçün səylərini və yatırımlarını sürətləndirib.

Ordu.az xəbər verir ki, şirkət tərəfindən “Dəmir Quş” adlanan uçuş idarəetmə sistemi vahid sınaq mərkəzini qurmağa başlayıb.

2022-ci ilin fevral ayında istifadəyə verilməsi planlaşdırılan bu mərkəz Türkiyədə aviasiya sahəsində bir ilk olacaq.

TUSAŞ-ın yaratdığı mərkəz “Hürjet” və onun fərqli konfiqurasiyasındakı kritik sistemlərin inteqrasiya edilmiş formada test və yoxlanılması üçün güclü infrastruktur təmin edəcək.

Əldə ediləcək qabiliyyətlər Milli Mübarizə Təyyarəsi üçün də istifadə ediləcək. Təyyarədə istifadə ediləcək bütün uçuş kritik avadanlıqları Türkiyə Aerokosmik Sənayesi mühəndisləri tərəfindən hazırlanan və inşa edilən sınaq müəssisəsində sınaqdan keçiriləcək.

Sınaq fəaliyyətlərinin həyata keçiriləcəyi sistemlər arasında Uçuş İdarəetmə Sistemi, Hidravlik Sistem, Eniş mexanizmləri, Elektrik Sistemi (Simulyasiya və real), Sadələşdirilmiş Kokpit və Avionik Sistemlər olacaq. Təxminən 50 nəfərin çalışacağı müəssisənin 30 ildən artıq fəaliyyət göstərəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dəmir-Quş  


Bizi "telegram"da izləyin