Silah satışlarını həyata keçirən Pentaqon rəsmisi istefa verib

2021/10/5c8e6-1634193885.jpg
Oxunub: 589     16:20     14 Oktyabr 2021    
ABŞ Müdafiə Nazirliyində (Pentaqon) silah satış mütəxəssisi olaraq çalışan Heidi Qrant vəzifəyə təyin olunmasından 15 aydan sonra işini tərk etmək qərarına gəldiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin (DSCA) direktoru vəzifəsində çalışan Qrant federal hökumətdən istefa verdiyini bildirib.

O, noyabrın 7 -dək vəzifəsində qalacaq. Bundan sonra Qrantın yerini Agentliyin direktor müavini Ced Royal tutacaq.

Qrant Agentliyin 50 illik tarixində quruma rəhbərlik edən ilk mülki şəxs olaraq tarixə düşüb. Əvvəllər təşkilatın direktoru hərbçi olurdu.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir. Agentlik Amerika silahlarının alınmasını təşviq edən mərkəz olaraq xidmət edərkən çətin proses ola biləcək silah satışını Dövlət Departamenti ilə əlaqələndirir.

ABŞ-ın beynəlxalq tərəfdaşları arasında tanınan Qrant 2010-2018-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinin beynəlxalq əlaqələr üzrə müşavir müavini vəzifəsində çalışıb. Bu rolda Qrant ABŞ Hərbi Hava Qüvvələrinin avadanlıqlarının beynəlxalq ictimaiyyətə bildirilməsində çox fəal rol oynayıb.

O, vəzifəsindən istefa verməzdən əvvəl ABŞ ordusunun təşkil etdiyi bir paneldə iştirak edib, ancaq istefa verəcəyinə dair heç bir məlumat açıqlamayıb. Qrant ABŞ-ın PUA-ların xaricə satılmasının yenidən nəzərdən keçirilməli olduğunu bildirirdi.

“Strateji rəqibimiz [Çin] bu texnologiyanı satır, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-də PUA üçün əhəmiyyətli təlim bazasına malikdir. Bunu edə bilərdik. Orada ola bilərdik. Onlara təlim və məsləhət verə bilərik, bu imkanı əldə edə bilərik. Buna baxmalı və deməliyik ki, orada olmasaq, strateji rəqabətimiz boşluğu dolduracaq. Və sual vermək məcburiyyətindəyik, bu, yüksək səviyyəli texnologiyalarımızı ötürməkdən daha risklidirmi?”, - deyə o qeyd edib.

Son dörd ildə Agentlik tərəfindən təsdiqlənmiş Xarici Hərbi Satış müqavilələrinin məbləğləri aşağıdakı kimidir.

2017: 41.93 milyard dollar
2018: 55.6 milyard dollar
2019: 55.4 milyard dollar
2020: 50.78 milyard dollar

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   PUA  

Silah satışlarını həyata keçirən Pentaqon rəsmisi istefa verib

2021/10/5c8e6-1634193885.jpg
Oxunub: 590     16:20     14 Oktyabr 2021    

Bizi "telegram"da izləyin