Rusiya S-500 “Prometey” HHM sistemini istismara verib

2021/10/s-500-1634193804.jpg
Oxunub: 648     15:30     14 Oktyabr 2021    
Rusiya Federasiyası S-500 “Prometey” Uzunmənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemini istismara verib.

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, sistem əvvəlcə Moskvanın hava sahəsini qoruyacaq.

İkinci S-500 batareyasının gələn il Rusiya Ordusuna təhvil veriləcəyi gözlənilir

HHM sistemi Rusiya Müdafiə Nazirliyi ilə “Almaz-Antey” konserni arasında 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən istehsal edilir.

S-500 sistemi ballistik və qanadlı raketləri, həmçinin təyyarələri və helikopterləri məhv etmək gücündədir. Sistemin mənzili 600 kilometrdir. Keçən il Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko S-500 sisteminin dövlət müqavilələri ilə 2025-ci ilə qədər çatdırılmasının planlaşdırıldığını söyləyib.

S-300 və S-400 HHM sistemlərindən əldə edilən təcrübə ilə hazırlanan S-500-ün əməliyyat hündürlüyünün 185 kilometr olduğu iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-500   Prometey-HHM  


Rusiya S-500 “Prometey” HHM sistemini istismara verib

2021/10/s-500-1634193804.jpg
Oxunub: 649     15:30     14 Oktyabr 2021    
Rusiya Federasiyası S-500 “Prometey” Uzunmənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemini istismara verib.

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, sistem əvvəlcə Moskvanın hava sahəsini qoruyacaq.

İkinci S-500 batareyasının gələn il Rusiya Ordusuna təhvil veriləcəyi gözlənilir

HHM sistemi Rusiya Müdafiə Nazirliyi ilə “Almaz-Antey” konserni arasında 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən istehsal edilir.

S-500 sistemi ballistik və qanadlı raketləri, həmçinin təyyarələri və helikopterləri məhv etmək gücündədir. Sistemin mənzili 600 kilometrdir. Keçən il Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko S-500 sisteminin dövlət müqavilələri ilə 2025-ci ilə qədər çatdırılmasının planlaşdırıldığını söyləyib.

S-300 və S-400 HHM sistemlərindən əldə edilən təcrübə ilə hazırlanan S-500-ün əməliyyat hündürlüyünün 185 kilometr olduğu iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-500   Prometey-HHM  


Bizi "telegram"da izləyin