Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

2021/10/d4e36-1634120473.jpg
Oxunub: 359     14:20     13 Oktyabr 2021    
Bu günədək Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “142 - Çağrı mərkəzi” vasitəsilə 187 şəxs) müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az-a verilən məlumata görə, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.
İlkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan bu mərkəzlərdə 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanı olmaqla 19 quruma aid 26 xidmət göstərilir.

Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420 müraciət;

• Müdafiə Nazirliyi üzrə 679 müraciət;

• Səhiyyə Nazirliyi üzrə 43 müraciət;

• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81 müraciət;

• Yerli icra hakimiyyəti orqanları üzrə 122 müraciət;

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37 müraciət;

• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət.

• Çağrı mərkəzi–142 üzrə 187 müraciət

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vahid-Əlaqələndirmə-Mərkəzi  

Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

2021/10/d4e36-1634120473.jpg
Oxunub: 360     14:20     13 Oktyabr 2021    

Bizi "telegram"da izləyin