Ermənistanda yoxsulluğun artması qaçılmaz hala gəlir

2021/10/timth-1634118840.jpg
Oxunub: 395     11:02     14 Oktyabr 2021    
Dünya Bankının proqnozuna görə, yeni məhdudiyyətlər və pandemiyaya yoluxma hallarında artım olmasa, eləcə də regionda qeyri-sabitliyi istisna etmək mümkün olsa, Ermənistan iqtisadiyyatı 2022-ci ilin yarısına qədər COVID-19-dan öncəki səviyyəyə qayıdacaq.

2020-ci ildə pandemiya və müharibə nəticəsində Ermənistan iqtisadiyyatı kəskin şəkildə azalıb, geriləmə 7,4 faiz təşkil edib. Dünya Bankının mütəxəssisləri Ermənistan iqtisadiyyatının bərpasını struktur dəyişiklikləri (sənaye artımı, yeni fabriklərin açılması və s.) ilə deyil, özəl istehlakın bərpası, dünyada mis qiymətlərinin artması, turist axınının bərpası, eləcə də büdcə vəsaiti hesabına əsaslı tikintinin aktivləşdirilməsi ilə əlaqələndirirlər.

Proqnozlaşdırılır ki, 2022-ci ildə regional artım tempi orta səviyyədə olacaq və xarici, daxili tələbatın sabitləşməsi, pandemiya ilə əlaqədar verilən dəstəyin dayandırılması şəraitində 3,4 faiz təşkil edəcək.

Xüsusən nəzərə alsaq ki, 2022-ci il büdcə layihəsinə görə, Ermənistan hökuməti 7 faiz ÜDM artımına, yəni Dünya Bankının region üçün proqnozlaşdırdığından təxminən iki dəfə çox artıma sahib olmağı planlaşdırıb, nüfuzlu beynəlxalq maliyyə institutunun bu proqnozu olduqca diqqətəlayiqdir. Dünya Bankı (DB) 2021-ci il üçün ÜDM artım tempini bu ilin aprelində proqnozlaşdırılmış 3,4 faiz qarşılığında 6,1 faizə qədər yenidən qiymətləndirərək Ermənistanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

DB-nin Avropa və Mərkəzi Asiya (ECA) regionu üzrə iqtisadi inkişaf hesabatında (payız, 2021-ci il) qeyd edildiyi kimi, yenidən qiymətləndirmə 2021-ci ilin birinci yarısında Ermənistanda iqtisadi artımın gözləniləndən daha sürətli bərpası ilə əlaqədardır.

“Bu ilin birinci yarısında təəccüblü şəkildə qeydə alınmış güclü bərpa Avropa və Mərkəzi Asiya regionunun yeni formalaşan bazarlarında, inkişaf edən iqtisadiyyata malik olan ölkələrdə iqtisadi aktivliyi stimullaşdırdı və proqnozlara əsasən, 2021-ci ilin regional iqtisadi artımı gözləniləndən yüksək, yəni 5,5 faiz olacaq”, - deyə hesabatda qeyd edilib.

2021-ci ildə bərpa gözlənildiyindən daha sürətli gedir (ilin birinci yarısında 4,9 faiz) və 2022-ci ilin ortalarına qədər iqtisadi həcmlər böhrandan öncəki göstəricilərə qayıda bilər. Lakin Dünya Bankının mütəxəssisləri inkişaf etmiş ölkələrlə müqayisədə peyvəndləmə templərinin daha aşağı olduğunu düşünürlər. Hesabatda deyilir ki, epidemiya riskləri və geosiyasi risklər iqtisadiyyatın bərpasına təsir göstərə bilər.

Ermənistan hökuməti müəssisələrə dəstək olmaq üçün 25 proqram həyata keçirib, bunun nəticəsində dövlət borcu ÜDM-nin 67 faizinə çatıb. Buna paralel olaraq Ermənistanın istehlak bazarında 12 aylıq inflyasiya gözləniləndən daha yüksək olub, 2021-ci ilin sentyabrında 2020-ci ilin sentyabrına qarşı 8,9 faiz təşkil edib.

Ermənistan Statistika Komitəsi tərəfindən dərc edilmiş məlumatlara əsasən, 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında ölkədə ərzaq və alkoqolsuz içki sahəsində 15,4 inflyasiya qeydə alınıb. 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında tərəvəz məhsulları qrupunda 64,5 faiz inflyasiya qeydə alınıb.

Meyvənin qiyməti nisbətən aşağı düşüb: 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında bu məhsul qrupunda 3 fafiz deflyasiya qeydə alınıb. 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında süd məhsulları, pendir və yumurta məhsul qrupunda 10 faiz, 2021-ci ilin avqustu ilə müqayisədə isə 2 faiz inflyasiya qeydə alınıb.

2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında çörək və dənli bitkilər məhsul qrupunda 9,5 faiz, 2021-ci ilin avqustu ilə müqayisədə isə 0,8 faiz inflyasiya qeydə alınıb. 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında ət məhsulları məhsul qrupunda 9 faiz inflyasiya qeydə alınıb. 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında balıq və dəniz məhsulları qrupunda 27,7 faiz inflyasiya qeydə alınıb. 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında yağ və piy məhsul qrupunda 27,1 faiz inflyasiya qeydə alınıb.

2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında şəkər və qənnadı məhsul qrupunda 31,1 faiz, 2021-ci ilin avqustu ilə müqayisədə isə 5,5 faiz inflyasiya qeydə alınıb. 2020-ci ilin sentyabrı ilə müqayisədə 2021-ci ilin sentyabrında qeyri-ərzaq məhsulları bazarında 9,9 faiz inflyasiya qeydə alınıb. Gördüyümüz kimi, bütün istiqamətlərdə qiymətlər ancaq qalxır.

Bu da öz növbəsində o deməkdir ki, Ermənistanda yoxsulluğun artması qaçılmaz hala gəlir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaos   Böhran  

Ermənistanda yoxsulluğun artması qaçılmaz hala gəlir

2021/10/timth-1634118840.jpg
Oxunub: 396     11:02     14 Oktyabr 2021    

Bizi "telegram"da izləyin