Paşinyan Gürcüstandan Moskvaya özü ilə nə aparıb? - BAXIŞ BUCAĞI

2020/11/16064-1606450589.jpg
Oxunub: 2847     16:01     13 Oktyabr 2021    
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistan-Azərbaycan vasitəçiliyi üçün “müraciət” kontekstində Gürcüstanın təklif-təşəbbüsünə toxunub, Gürcüstanın bu istiqamətdə səyini davam etdirəcəyini qeyd edib.

Gürcüstanın Baş naziri İrəvana səfərindən sonra mövzuya toxunub və səfəri uğurlu hesab edib. İrəvanda Nikol Paşinyanla görüş zamanı hansı konkret müzakirələrin aparıldığı bu günə qədər bəlli deyil, lakin Gürcüstanın təşəbbüsü ilk baxışdan göründüyü qədər aydın deyil.

İrakli Qaribaşvili oktyabrın 9-da Ermənistana səfər etdi, və onun Nikol Paşinyanla görüşü, müzakirəsi faktiki olaraq Paşinyanın Moskva səfərindən qısa müddət əvvəl baş tutdu. Bu onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan vasitəçiliyi ilə yanaşı, Gürcüstan Rusiya ilə əlaqəli hər hansı bir məsələdə Ermənistanı da düşünür, vasitəçilik olmasa da, ən azındən kommunikasiya formatını nəzərdən keçirir.

Üstəlik, Azərbaycanın da bu mənada Türkiyə ilə kommunikasiya kimi nəzərdən keçirildiyi istisna edilmir. Hər halda çətin ki, Paşinyan Putinlə danışıq üçün Moskvaya getməzdən əvvəl Gürcüstan Baş naziri ilə Rusiyanın təhdid və ya çağırış kimi qəbul edə biləcəyi bir mövzunu müzakirə etsin.

Bu hal, şübhəsiz ki, onsuz da mürəkkəb olan bir mühitdə baş verən Paşinyan-Putin görüşünü mürəkkəbləşdirərək Kremldə lazımsız gərginlik və qəzəbə səbəb olacaq. Başqa cür desək, çətin ki, Ermənistan Baş naziri Rusiya Prezidenti ilə görüşdən əvvəl Putinə “fürsət verərdi”.

Buna görə də Gürcüstan Baş nazirinin İrəvan səfərinin Ermənistan Baş nazirinin Moskva səfərini qabaqlaması, bununla birbaşa və ya dolayı kommunikasiyaya düşməsi daha mümkün görünə bilər. Bu da o deməkdir ki, Gürcüstanın vasitəçilik təşəbbüsü quruluşu və məntiqinə görə ilk baxışdan regional görünən üç ölkə formatından daha çoxtəbəqəli və mürəkkəbdir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Gürcüstan   Moskva  

Paşinyan Gürcüstandan Moskvaya özü ilə nə aparıb? - BAXIŞ BUCAĞI

2020/11/16064-1606450589.jpg
Oxunub: 2848     16:01     13 Oktyabr 2021    

Bizi "telegram"da izləyin