Erməni deputat: “Belə çıxır ki, hakimiyyət artıq o ərazilərin və ya onun bir hissəsinin təhvil verilməsi ilə razılaşıb”

2021/10/asas-1634117076.jpg
Oxunub: 542     13:20     13 Oktyabr 2021    
“Sentyabrın 15-də parlamentdə hökumətlə sual-cavab zamanı Nikol Paşinyana sual ünvanlamışdım ki, məgər 9 noyabr üçtərəfli bəyanatının müddəalarının həyata keçirilməsi çərçivəsində Qarabağı Ermənistana bağlayan yeni yol marşrutunun təsdiqlənməyəcəyinə, bu şəraitdə Laçın şəhərinin, Sus və Zabux kəndlərinin, eləcə də Şuşa rayonunun Turşsu, Sarıbaba, Kiçik Qaladərəsi, Böyük Qaladərəsi, Göytala kəndlərinin hər hansı statusda Azərbaycanın nəzarəti altına düşməyəcəyinə zəmanət verir?”.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan bildirib.

Onun sözlərinə görə, Paşinyan həmin gün aydın cavab verməkdən çəkinərək əsaslandırıb ki, əlində xəritə yoxdur, qeyd olunan icmalar haqqında isə qeydlər etməyi bacarmayıb.

“Belə çıxır ki, hakimiyyət artıq o ərazilərin və ya onun bir hissəsinin təhvil verilməsi ilə razılaşıb”, - deyə Abrahamyan qeyd edib.

Abrahamyan bildirib ki, təhlükəsizlik sistemi bərpa olunmayana qədər Ermənistan xarici siyasət prosesində güzəştə gedən mövqelərindən çıxış edəcək.

“Bu vəziyyətdə hakimiyyətin məqsədi intriqalar yaratmaq, şou imkanı yaratmaqdırsa, bizim bu oyuna girmək məqsədimiz yoxdur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Erməni deputat: “Belə çıxır ki, hakimiyyət artıq o ərazilərin və ya onun bir hissəsinin təhvil verilməsi ilə razılaşıb”

2021/10/asas-1634117076.jpg
Oxunub: 543     13:20     13 Oktyabr 2021    
“Sentyabrın 15-də parlamentdə hökumətlə sual-cavab zamanı Nikol Paşinyana sual ünvanlamışdım ki, məgər 9 noyabr üçtərəfli bəyanatının müddəalarının həyata keçirilməsi çərçivəsində Qarabağı Ermənistana bağlayan yeni yol marşrutunun təsdiqlənməyəcəyinə, bu şəraitdə Laçın şəhərinin, Sus və Zabux kəndlərinin, eləcə də Şuşa rayonunun Turşsu, Sarıbaba, Kiçik Qaladərəsi, Böyük Qaladərəsi, Göytala kəndlərinin hər hansı statusda Azərbaycanın nəzarəti altına düşməyəcəyinə zəmanət verir?”.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan bildirib.

Onun sözlərinə görə, Paşinyan həmin gün aydın cavab verməkdən çəkinərək əsaslandırıb ki, əlində xəritə yoxdur, qeyd olunan icmalar haqqında isə qeydlər etməyi bacarmayıb.

“Belə çıxır ki, hakimiyyət artıq o ərazilərin və ya onun bir hissəsinin təhvil verilməsi ilə razılaşıb”, - deyə Abrahamyan qeyd edib.

Abrahamyan bildirib ki, təhlükəsizlik sistemi bərpa olunmayana qədər Ermənistan xarici siyasət prosesində güzəştə gedən mövqelərindən çıxış edəcək.

“Bu vəziyyətdə hakimiyyətin məqsədi intriqalar yaratmaq, şou imkanı yaratmaqdırsa, bizim bu oyuna girmək məqsədimiz yoxdur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin